Texnoloji bir məhsulun və ya təsisin istehsalı və idarəsində, insanların yüzillər boyunca əldə etdiyi təcrübə və məlumatdan istifadə edilir. Dünyanın ən irəli və mürəkkəb quruluşu olan insan bədəninin inşası üçün lazımlı bilgi və təcrübə isə DNT-də gizlidir. DNT - hüceyrə nüvəsində titizliklə qorunan olduqca böyük bir molekuldur və bu molekul insan vücudunun sanki məlumat bankıdır. DNT-də qorunan informasiyalar, hüceyrələrdə və bədəndə meydana gələn minlərcə fərqli hadisəni və sistemi də idarə edir. Məsələn, insanın qan təzyiqinin yuxarı, aşağı və ya normal olması belə DNT-dəki məlumatlarla bağlıdır.
Burada vurğulanması lazım olan vacib məsələ, daha ilk insandan etibarən milyarlarca insanın hüceyrəsində olan trilyonlarla DNT-nin indiki mükəmməllik və mürəkkəbliklə birlikdə MÖVCUD OLDUÄžUDUR. Ağıllara durğunluq verən quruluş və xüsusiyyətləriylə, belə bir molekulun təkamülçülərin qarşıya qoyduğu kimi təsadüflər nəticəsi meydana gəlməsinin nə dərəcə məntiqsiz olduğunu irəliləyən sətirləri oxuduqca sizlər bunu daha dəqiq görəcəksiniz.
DNT sonsuz məlumat mənbəyinin varlığını göstərir.
İnsanın təkcə bir hüceyrəsinin DNT-sində tam 1 milyon ensiklopediya səhifəsini dolduracaq qədər məlumat var. İnsan öz DNT-sindəki məlumatı oxumağa çalışsa, buna ömrü çatmaz. Hər gün, 24 saat boyu fasilə vermədən hər bir saniyə insanın DNT şifrələrindən bir dənəsi oxunarsa, bu proses 100 ilə bitər. Çünki aparılan hesablamalara görə bu nəhəng ensiklopediya təxminən 3 milyard müxtəlif şifrəyə malikdir. Əgər DNT-dəki məlumatları kağız üzərinə köçürsək, kağızların uzunluğu Şimal qütbundən ekvatora qədər olan məsafəyə bərabər olar. Bu miqdar böyük kitabxananı artıqlaması ilə dolduracaq sayda təxminən 1000 böyük cildlik kitab deməkdir.
Maraqlı cəhət budur ki, bu ucsuz-bucaqsız məlumat bazası hər hüceyrənin nüvəsində yerləşir və təxminən 100 trilyon hüceyrədən əmələ gəlmiş insanda bu kitabxananın 100 trilyon surəti vardır.
Bu məlumat xəzinəsini insanın əldə etdiyi bilik səviyyəsi ilə müqayisə etsək, bunu ifadə etmək çox çətin olar. Qarşımıza qeyri-adi cədvəl çıxar: 100 trilyon dəfə 100 kitab (100 trilyon ´ 1000 kitab)! Bu yer üzündəki qum dənələrindən daha çoxdur. Bu sayı dünyada hal-hazırda yaşayan 6 milyard insan və onlarla birlikdə bu günə qədər yaşayıb ölmüş bütün insanların sayına vursaq, qarşımıza ağlasığmaz dərəcədə böyük, ucsuz-bucaqsız, sonsuzluğa uzanan məlumat çıxar.
Bu misallar nə qədər böyük məlumatla qarşı-qarşıya olduğumuzu göstərir. Dövrümüzdə böyük məlumatın saxlandığı ən qabaqcıl texnoloji vasitə kompüterlərdir. Ancaq DNT ilə kompüteri müqayisə etdikdə insan zəkasının əsrlər boyu əldə etdiyi bilik və illərlə davam edən səyləri nəticəsində təkmilləşdirdiyi texnologiyanın belə təkcə bir hüceyrə nüvəsinin məlumat saxlama tutumuna çata bilmədiyini görərik.
İnsan Genomu Layihəsini həyata keçirən Celera Genomics şirkətinin bu sahədə ən böyük mütəxəssislərindən biri olan Cin Mayersin layihənin nəticəsi haqqındakı bu sözləri DNT-dəki bu böyük məlumat və yaradılışı ifadə edir: "Məni əsl təəccübləndirən şey həyatın memarlıq üslubudur... Sistem fövqəladə dərəcədə mürəkkəbdir. Sanki dizayn olunub... Burada (DNT-də) böyük ağıl yer alır."
Digər maraqlı cəhət də budur ki, yer üzündəki bütün canlılar eyni dillə yazılmış şifrəli tariflərlə əmələ gəlmişlər. Nə bir mikrob, nə bir bitki, nə də bir heyvan DNT-siz əmələ gəlməmişdir. Bütün canlıların özünəməxsus eyni dili istifadə edən, eyni məlumat mənbəyindən götürülən tariflər nəticəsində əmələ gəlməsi çox açıqdır.
Bu da bizi açıq-aydın nəticəyə aparır: dünyadakı bütün canlılar təkcə bir ağıl tərəfindən var edilmiş məlumat əsasında yaşayır və çoxalırlar.
Bu həqiqət təkamül nəzəriyyəsinin mənasız olduğunu göstərir. Çünki təkamül "təsadüfə" əsaslanır, təsadüf isə məlumat əmələ gətirmək qabiliyyətinə malik deyil. Bir gün bir kağız üzərində xərçəng xəstəliyini sağaldan dərmanın düsturu tapılsa, bu dərmanı düzəldən elm adamını dərhal axtarıb tapmaq və hətta onu mukafatlandırmaq üçün bütün insanlar səfərbər olar. Heç kəs "görəsən bu düstur kağıza mürəkkəbin tökülməsi ilə təsadüfən meydana gəlib?" deyə düşünməz. Ağıl sahibi, normal düşünən hər insan bu yazını ancaq kimya, insan fiziologiyası, xərçəng xəstəlikləri və farmakologiya sahəsində ixtisaslaşmış bir şəxsin kağıza yazdığını düşünəcəkdir.
Təkamülçülərin DNT-dəki məlumatın əmələ gəlməsilə bağlı "təsadüf" iddiaları isə bu düsturun təsadüfən meydana gəldiyini iddia etməklə müqayisə belə edilməyəcək qədər böyük məntiq pozğunluğudur. Çünki DNT-də hüceyrənin içində əmələ gələn enerji üçün hansı molekulların atomlarının necə dəyişdiriləcəyi, orqanizmdəki 100 min müxtəlif növlü zülalın hər birinə aid ətraflı molekulyar düsturlar və bunların əmələ gəlməsi üçün həssas sıra yazılmışdır. Bununla bərabər digər hüceyrələrlə məlumat mübadiləsi üçün məlumat protokolları və bu məlumatı bir-birinə ötürmək üçün ötürücü hormonların emalı planları və bunun kimi saysız-hesabsız müxtəlifliyə malik məlumatlar da DNT-də yazılır.
DNT-nin və ehtiva etdiyi böyük məlumatın öz-özünə əmələ gəldiyini iddia etmək mövzudan kənar, DNT-nin xüsusiyyətlərindən səthi şəkildə belə məlumatı olmayan şəxslərin məlumatsızlığını əks etdirir. DNT kimi saysız-hesabsız məlumata malik və son dərəcə mürəkkəb quruluşlu bir molekulu təsadüfün nəticəsi hesab etmək tamamilə boş iddiadır. Belə ki, həyatın mənşəyi ilə bağlı təkamülçü tezislərdə, digər mövzular kimi, DNT-nin də mənşəyini "açılmamış sirr" kimi ifadələrlə ört-basdır etməyə çalışırlar.
Insanın element hüceyrələri...
Bir yumurtanın sperma ilə mayalanması, bir insan həyatının ilk başlanğıcıdır. Milyonlarca sperma, yumurtanı mayalandırmaq üçün bir-biri ilə yarışır və nəticədə bulardan yalnız biri mayandırmağa müvəffəq olur. Atanın sperma hüceyrəsi, ananın yumurta hüceyrəsini mayalandırdıqda, doğulacaq körpənin bütün irsi xüsusiyyətlərini təyin etmək üçün atanının və ananının genləri birləşir. Bu minlərcə gendən hər birinin xüsusi bir funksiyası vardır.Bunlar saç və göz rəngini, üzün formasını, skelet damındakı, daxili orqanlardakı, beyin, sinirlər və əzələlərdə sayısız detalları təyin edən genlərdir.
Sperma ilə yumurta birləşdiklərində yaranan bu hüceyrə ilə bərabər, insanın həyatının sonuna qədər hər hüceyrəsində şifrəsini daşıyacağı DNT molekulunun da ilk kopyası yaranmış olur.
Mayalanmış yumurta dediyimiz o ilk hüceyrənin, bir insana çevrilməsi üçün çoxalması lazımdır və bunu bilən hüceyrə yüksək bir şüurla bölünməyə qərar verir. Bu yüksək şüur daha sonrakı mərhələdə də özünü göstərir. Hüceyrə bölündükcə fərqliləşir və bədəndə lazım olan yerlərə gedir. Bu eyni hüceyrələrdən yaranan bir ət yığını deyil də, bir qisimi, məsələn göz hüceyrəsi olub tam lazım olduğu yerə gedər, bir qisimi ürəyi meydana gətirib sinə qəfəsindəki yerinə gedər və ya dəri hüceyrəsi olaraq bütün bədəni örtər. Bütün hüceyrələr, meydana gətirəcəkləri toxunun tələb etdiyi qədər çoxalar və bu toxular da lazımlı quruluşu meydana gətirmək üzrə yan-yana gələrək orqanları meydana gətirməyə başlarlar.
Bu ayrılma və formalaşma koordinasiyası DNT molekulu tərəfindən təmin edilir. Bunu unutmamaq lazımdır ki, DNT nə ən son texnologiya ilə təchiz edilmiş laboratoriyalarda işləyən bir bioyokimyaçı, nə də saniyədə trilyonlarca əməliyyatı yerinə yetirə bilən bir super komputerdir. DNT karbon, fosfor, azot, hidrogen və oksigen kimi atomlardan ibarət olan bir molukuldur.
Indi düşünək və öz özümüzə sual verək: İnsan bədənində olan trilyonlarca hüceyrə, bölünərək bir birindən çoxalır. Ancaq hər hüceyrədəki fərqli gen fərqli zamanlarda aktiv olur və bu şəkildə hüceyrələrdə ayrılma təmin edilir. Başqa bir sözlə, ilk hüceyrədən sonra bölünərək çoxalan hər hüceyrədə, bütün genetik məlumat vardır; yəni hər bir hüceyrə əslində ürək əzələsi, dəri, qırmızı qan hüceyrəsi və ya bədənin hər hansı başqa bir toxumasını istehsal etməyi bacarır. Hər hecüyrə bədən üçün bir DNT məlumatına sahib olsa da, inkişafın fərqli mərhələlərində və fərqli orqanlarda sadəcə bəzi genlər aktivdir. Məsələn, böyrək əmələ gəlmə və funksiya kodları hər hüceyrədə mövcuddur; ancaq əlaqədər genlər, inkişaf müddətində, müəyyən zamanlarda bu organda aktiv olur. Bənzər olaraq, müəyyən fermentlər- məsələn, qlükoza 6-fosfat əsas olaraq qaraciyərdə tapılır, lakin digər orqanların hər hüceyrəsi bu zülalın məlumatına malikdir, amma heç vaxt bu zülalın istehsalını edə bilməz. Məsələn, göz hüceyrəsi bu fermenti törətməz, göz üçün lazım olanları törədər; sinir hüceyrələri, beyin və orqanlar arasında gedib gələn xəbərdarlıq və əmrləri daşıyacaq, qaraciyər hüceyrələri toksinləri zərərsiz hala gətirəcək və yağ hüceyrələri zəif dövrlər üçün yemək depolacayaq şəkildə mütəxəssisləşirlər; heç biri, mədə ilə əlaqəli fermentlərin istehsalını etməz. Bəs bu qüsursuz iş bölümünü kim edir? Hüceyrələrə bölünmə və bölündükdən sonra fərqli mövzularda mütəxəssisləşmə əmrini kim verir? və bütün hüceyrələr itaət şüuruna necə sahibdirlər və kimi eşidərək belə qüsursuz bir intizam və təşkilat içində işləyirlər? Bunların heç birinin təsadüfən inkişaf edən hadisələrin nəticəsində yaranmadığı aydındır.
Hüceyrələrin sadəcə doğru zamanda, doğru yerdə olmaları və doğru genləri aktiv hala gətimələri ilə bu qüsursuzluq bitmir. Hüceyrələr eyni zamanda həyatın uyğun mərhələsində, uyğun miqdarlarda mövcud olurlar. Bəzi "nəzarət" genləri, demək olar ki, bütün hüceyrələrdə hər zaman işləyir. Digər genlər, sadəcə bəzi hüceyrələrdə, insanın həyatındakı tək uyğun, kritik bir dövrdə, bir neçə saatdan az funksiya ifa edirlər. Məsələn, əmizdirmə zamanı süt istehsalı genləri tərəfindən sürətləndirilir. Mövcud məlumat, uyğun zamanda, uyğun miqdarda və uyğun yerdə hərəkətə keçirilir. DNTdə gizli milyardlarca məlumatın bu qədər şüurlu, planlı, iradəli, hesablı və ağıllı idarəsi və istifadəsi təkamülçülərin "təsadüf" ideyaları ilə qətiyyən açıqlana bilməz. Dünya üzərində heç bir sistem, ən sadəsi belə təsadüfən meydana gələ bilməzkən, mikroskopik bir sahədə reallaşan fövqəladə planlı və mütəşəkkil hadisələrin səbəbi olaraq təsadüfləri görmək böyük bir məntiq çöküntüsüdür. Necə ki təkamülçülər də hüceyrədəki bu ayrılma və qüsursuz vəzifə bölünməsinə bir açıqlama gətirə bilmədiklərini qəbul edirlər. Təkamülçü mikrobiologiya professoru Əli Dəmirsoy bunu belə etiraf edib:
"Mayalanmış bir yumurtadan çox müxtəlif quruluşda və funksiyaya malik bir çox hüceyrə qrupunun meydana gəlməsi indiyə qədər inandırıcı bir şəkildə açıqlanmamışdır.2"
Bütün bu fövqəladə hadisələrin, təsadüflərin vəya hüceyrənin əsəri olmayacağı açıqca ortadadır. Bəs, hüceyrədə meydana gələn bu hadisələri idarə edən , məlum bir hədəfə uyğun olaraq yaradan, milyardlarca məlumatı, gözlə görülməyəcək qədər kiçik bir sahəyə sığışdıran ağıl və güc Kimə aiddir?
Hüceyrədəki ağıl
Bu halda qəbul etmək lazımdır ki, mədədəki ya da qulaqdakı hər hansı bir hüceyrə insandan qat-qat daha ağıllı olduğu, bu məlumatı ən doğru və ən qüsursuz formada dəyərləndirdiyi üçün insandan çox daha ağıllıdır.
Bəs bu ağlın qaynağı nədir? Düşünsək ki bunlar atomlardan ibarət və ağlı olmayan maddələrdirsə, necə olur ki insan bədənindəki 100 trilyon hüceyrənin hər biri ayrı ayrı formada ağıl, məlumat və bacarığa malik olurlar? Bütün elementlərin atomlarını alıb müxtəlif forma və miqdardalarda birbirilərinə birləşdirərək milyonlarca fərqli molekul yaratsaq, yenə də şüurlu ağıl əldə edə bilməyəcəyik. Bu molekulların böyük, kiçik, sadə ya da mürəkkəb olmasının da elə bir əhəmiyyəti yoxdur. Nəticədə, ağıllı olaraq bir işi təşkil etməyi bacaran bir şüur əsla ortaya çıxmaz.
Bəs onda necə olur ki, müəyyən saydakı ağılsız və şüursuz atomun müəyyən formalarda düzülməsindən meydana gələn DNT molekulu və onuna uyğun olaraq işləyən fermentlər şüurlu şəkildə bir çox əməliyyat yerinə yetirir, hüceyrədəki saysız kompleks və mükəmməl əməliyyatları qüsursuz və mükəmməl olaraq təşkil ediləbilirlər? Bunun cavabı çox sadədir; ağıl, bu molekullarda ya da bunları içində saxlayan hüceyrədə deyil; bu molekulları bu işləri edəcək şəkildə proqramlaşdırılmış olaraq var edənin Özündədir. Qısaca, ağıl əsərdə deyil, o əsəri yaradanda mövcuddur.
Ən son komputerlər belə onun ən sadə detalına qədər dizayn edən, onun proqramlarını yazıb ona yükləyən və işlədən bir ağıl və zəkanın məhsuludur. Eyni şəkildə, hüceyrə də, içindəki DNT və RNT-lər də, bu hüceyrələrdən ibarət olan insan da, özlərini və etdikləri işləri yaradanın əsərindən başqa bir şey deyildir. Əsər nə qədər mükəmməl, qüsursuz və təsiredici olarsa olsun, ağıl hər zaman o əsərin sahibindədir.