BİTKİLƏR NƏYƏ GÖRƏ SƏRİNDİR?
Eyni şəraitdə olan daş ilə bitki günəşdən bərabər miqdarda istiliyi mənimsəmələrinə baxmayaraq, eyni temperatura malik deyildirlər. Günəş altında uzun müddət qalan canlılarda mütləq günəşin mənfi təsiri özünü göstərir. Elə isə bitkilərin istidən minimum dərəcədə təsirlənmələrini təmin edən nədir? Bitkilər bunu necə bacarırlar? Müntəzəm olaraq günəşin yandırıcı istiliyinə baxmayaraq, bitkilərə niyə heç nə olmur? Bundan başqa, bitkilər öz daxilindəki istidən əlavə, xaricdən də istilik alaraq mühitin istilik tarazlığını təmin edirlər. Bu istiliyi mənimsəmə əməliyyatını həyata keçirərkən özləri də istiyə məruz qalırlar. Bəs yaxşı, getdikcə artan bu istidən təsirlənmək əvəzinə, bitkilər necə olur ki, yenə xaricdən enerji almağa davam edirlər?Quruluşları etibarilə müntəzəm olaraq günəş altında olan bitkilər təbii olaraq digər canlılara nisbətən daha çox miqdarda suya ehtiyac duymalıdır. Bitkilər eyni zamanda yarpaqlarda olan tərləmə vasitəsilə də mütəmadi olaraq su itirirlər. Daha əvvəlki hissələrdə də deyildiyi kimi, su itkisini qarşısını almaq üçün yarpaqların günəşə çevrilmiş üst tərəfləri "kutikula" qatı ilə örtülüdür. Bu qatın sayəsində yarpaqların üst səthlərindəki su itkisinin qarşısı alınır.
Bəs yarpağın alt səthi? Bitki bu hissədən də su itirdiyi üçün qaz alış-verişini təmin etmək üçün xüsusi vəzifəli dəri hüceyrələrində olan məsamələrdən istifadə edir. Bunlar da yarpağın alt səthində olurlar. Məsamələrin açılıb-bağlanması bitki tərəfindən karbondioksidi mənimsəyib oksigeni xaric etməyə, eyni zamanda su itkisinə də mümkün qədər az yol verilməsini nizamlayır.
Bununlabirlikdə, bitkilər istiliyi müxtəlif formalarda paylayırlar.Bitkilərdə iki əhəmiyyətli istilik paylamas istemi vardır.Bunlardan birincisi, yarpağın istiliyi ətraf mühitin istiliyindən çoxdursa, hava dövranının yarpaqdan xarici mühitə doğru olmasıdır.İstilik nəqlindən meydana gələn hava dəyişməsi, isti havanın soyuq havadan daha çox olması havanın yüksəlməsinə səbəb olur.
Buna görə yarpaqların səthində qızan hava yüksəlir və səthdən ayrılır.Soyuq hava daha çox olduğu üçün yarpağın səthinə doğru enir.Beləcə istilik azaldılmış və yarpaq sərinləmiş olur.Bu əməliyyat yarpağın səth istiliyi ətrafdakı istilikdən yüksək olduğu zaman müşahidə olunur.Çox quru şəraitdə, yəni çöllərdə bu vəziyyət dəyişməz olaraq qalır.
Yan tərəfdəki şəkildə Alchemilla adlı bitkinin həddindən artıq nəmli mühit səbəbindən etdiyi tərləmə göstərilir. Bu tərzm ühitlərdə bitkilər həm istiliyi ətrafa verərək sərinləmək, həmdə nəm nisbətini tarazlamaq üçün "pholem" suyunu yarpaqlar vasitəsi ilə ətrafa verirlər. Bu proses nəticəsində bitkilər havanı nəmləndirirlər.
Bitkilərdəki istilik paylama sistemlərindən digəridə yarpaqlardan su buxarı verilərək tərləmənin təmin edilməsidir.Bu tərləmə sayəsində su buxarlanarkən bitkinin sərinləməsidə təmin edilmiş olur.
Bu paylama sistemləri bitkilərin yaşadıqları mühitin şəraitinə uyğun şəkildə nizamlanmışdır.Hər bitkinin nəyə ehtiyacı varsa, o sistemə malikdir.Son dərəcə mürəkkəb bir quruluşu olan bu sistemin paylanması təsadüfən reallaşa bilərmi? Bu məsələnin həlli üçün çöl bitkilərini nəzərdən keçirək.Adətən çöllərdəki bitkilərin yarpaqları qalın olur.Sanki suyun buxarlanmasından çox mühafizə etmə istiqamətində hazırlanmışdır.Bu bitkilər üçün istilik paylama əməliyyatını buxarlanma ilə əvəzetmə ölümcül nəticəyə gətirib çıxaracaq.Çünki səhra şəraitində itirilən suyun kompensasiyası mümkün deyil.Göründüyü kimi, bu bitkilər istiliklərini hər iki yolla da ətrafa verəbiləcəkləri yollardan birini, üstəlikdə yaşamaları üçün yeganə etibarlı olan yolu istifadə edirlər.Çünki dizaynları səhra mühitinə uyğun şəkildə hazırlanmışdır.Bunun təsadüflərlə açıqlanması isə mümkün deyil.
Bitkilərin sahib olduqları bu sərinləmə mexanizmləri olmasaydı, günəş enerjisi altındakı bir neçə saat belə bitkilərin məhv olmasına gətirib çıxarardı. Günorta saatlarında bir dəqiqə ərzində mənimsənilən günəş işığı bir santimetr sahədə yarpaq səthinin istiliyini 370 C-yə qədər yüksəldə bilər. Bitki hüceyrələrinın özlərində isə istilik 50-600 C-yə çatdığında məhv olurlar, yəni bitkinin məhv olması üçün günorta vaxtı 3 dəqiqə günəş işığı görməsi kifayətdir. Məhz bitkilər öldürücü istilikdən bu iki mexanizm sayəsində qoruna bilirlər.
Bitkilərin istifadə etdikləri buxarlanma hadisəsi eyni zamanda atmosferdəki su buxar ının tənzimlənməsi yönündən də böyük əhəmiyyət daşıyır. Çünki bitkilərdəki bu buxar lanma yüksək miqdardakı suyun mütəmadi olaraq atmosferə çatdırılmasını təmin edir. Bitkilərin bu fəaliyyətləri su mühəndisliyi kimi də xarakterizə edilə bilər. 1.000 m2 -lik meşə sahəsindəki ağaclar 7.5 ton suyu rahatlıqla havaya verə bilirlər. Bu böyük bir rəqəmdir. Bu xüsusiyyətlərilə bitkilər torpaqdakı suyu bədənlərindən keçirərək atmosferə çatdıran nəhəng su nasosları təəssüratı yaradır. Bu son dərəcə əhəmiyyətli bir vəzifədir. Əgər bu xüsusiyyətləri olmasaydı, suyun yerlə göy arasındakı dövranı reallaşmayacaqdı ki, bu da yer üzündəki balansın pozulmasına səbəb olacaqdı.
Xarici səthləri odunabənzər və quru maddə ilə örtülü olmasına baxmayaraq, bitkilər tonlarla su keçirirlər. Bu suyu torpaqdan alırlar və inkişaf etmiş texnologiyalarla işlətdikləri fabriklərində istifadə etdikdən sonra aldıqları suyun böyük bir hissəsini çirkablardan təmizlənmiş su olaraq təbiətə verirlər, başqa sözlə desək, trilyonlarla ton suyu avtomatik nizamlamaları nəticəsində şüurlu şəkildə torpaqdan alıb, təmizlədikdən sonra özlərinə xas sistemlərilə təbiətə qaytarırlar. Bunu edərkən eyni zamanda aldıqları suyun bir qismini qida istehsalında hidrogen əldə etmək məqsədi ilə parçalayırlar. Bizim yarpaqlardakı tərləmə, ya da ağacların olduğu mühitdəki nəmlik adlandırdığımız hadisələr, əslində yer üzündə həyatın davam etməsi üçün həyati əhəmiyyət daşıyan bu fəaliyyətlərin bir nəticəsi olaraq baş verir. Bitkilərin bu əməliyyatlarında bir mərhələsi belə olmasa, o anda hər şey iflic olacaq və işləməyəcək.