Bədənimiz yer üzündəki ən mürəkkəb maşındır. Həyatımız boyu bu bədənlə görür, eşidir, nəfəs alır, yeriyir, qaçır və hiss edirik. Bədənimizdəki sümüklərin, əzələlərin, damarların, daxili orqanların hamısı mükəmməl bir nizam və dizaynla yaradılmışdır. Bu dizaynın detalına enildikdə, daha heyrətverici həqiqətlərlə qarşılaşırıq. Bir-birindən fərqli kimi görünən bədən hissələrinin hamısı əslində eyni vasitədən meydana gəlmişdir: Hüceyrələrdən...
Fərqli Orqanlar Eyni Hüceyrələrdən Necə Meydana Gəlir?
Bədənimizdəki hər şey millimetrin mində biri böyüklüyündə olan hüceyrələrdən meydana gəlir. Bu hüceyrələrin bəziləri bir yerə gələrək sümükləri, bəziləri sinirləri, qaraciyəri, mədəmizi, dərimizi, bəziləri isə gözümüzü meydana gətirir. Hüceyrələr bədənin hansı hissəsini meydana gətirirlərsə, bu bölgədə ehtiyac duyulan ölçüyə və formaya gələnə qədər birləşirlər. Bədəninizi meydana gətirən təxminən 100 trilyon hüceyrənin hamısı, çoxalaraq bir hüceyrədən meydana gəlmişdir. Bədəninizdəki hüceyrələrlə eyni quruluşa malik olan bu tək hüceyrə, ananın yumurta hüceyrəsi ilə atanın sperma hüceyrəsinin birləşməsi nəticəsində meydana gəlmişdir.
Sperma və yumurta hüceyrənin birləşməsilə yaranan 46 xromosomdan ibarət bu ilk hüceyrə, təxminən 9 ay sonra dünyaya gələcək körpənin ilk hüceyrəsidir. Bədənin bütün planını özündə saxlayan bu ilk hüceyrə "ziqot" adlanır. İlk hüceyrənin bölünməsi sperma ilə yumurta hüceyrənin birləşməsindən 24 saat sonra reallaşır. Yəni artıq 2 ayrı hüceyrə var və daha sonra bu rəqəm 4-ə çatır və bu bölünmə davam edir. Ziqotun böyümüş forması "embrion" adlanır. Embrion bir tərəfdən bölünərək böyüməyə davam edərkən, bir tərəfdən də sonrakı 9 ayı keçirəcəyi yerə doğru irəliləyir. Bu yer ana bətnidir. Hər 30 saatdan bir bölünmə reallaşır. 2, 4, 8, 16 olaraq bölünən hüceyrələr bir müddət sonra kiçik hüceyrə qrupu meydana gətirərək, fallop borusundan ana bətninə doğru yavaşca yol alır.
Uşaqlıq borusunda baş verənlər böyüdülərək araşdırıldıqda, ortaya çıxan görüntü sanki bir okean dibini seyr etmək kimidir. Embrion, səfərinə ancaq uşaqlıq borusunda meydana gələn bu dalğalanmalar sayəsində davam edir. Borunun daxili səthindəki kirpikli hüceyrələr eyni istiqamətə doğru hərəkət edərək, çox dəyərli bir yükü daşıyırmış kimi yumurta hüceyrəsini getməli olduğu yerə aparır. Embrion uşaqlığın borusunda ikən bir çox bölünmə mərhələləri keçirir və təxminən 100 hüceyrəli bir qrup olaraq ana bətninə daxil olur. Ancaq bütün bu bölünmə proseslərinin baş verməsi üçün hüceyrələr qidalanmalıdır.
Bu da uşaqlıq borusunun daxili səthini meydana gətirən kirpikli hüceyrələrin "sekretor" hüceyrələrə çevrilməsi ilə olur. Bu hüceyrələrin xüsusiyyəti hər hansı bir xəbərdarlığa cavab olaraq üzvi molekul, ion və su ifraz etməsidir. Məhz bu mayelər uşaqlıq borusundakı hüceyrə birliyinin (embrion) qidalanmasını təmin edir. Embrion səfərini tamamlayaraq uşaqlığa çatır.
Embrion burada həm qidalanmalı, həm qorunmalı, həm də doğuşun reallaşa biləcəyi xüsusi bir yer tapmalıdır. Belə ki, embrion bu iş üçün ən uyğun yeri, yəni uşaqlığın divarlarında qan damarlarının ən sıx olduğu bölgəni tapıb yapışır. Burada bir məsələyə diqqət çəkmək lazımdır: Embrionun özü üçün ən uyğun yeri seçə bilməsi başlı-başına bir möcüzədir. Bu mərhələdə embrion hələ insan belə deyil. Yəni ən çoxu bir neçə yüz hüceyrədən ibarət olan, əli, qolu, qulağı, gözü, beyni belə olmayan bir ət parçasıdır.
Hüceyrələrin İnşasındakı Möcüzəvi Hadisələr Davam Edir"¦
Embrionun ana bətninə yapışarkən istifadə etdiyi üsul olduqca diqqətçəkici və kompleksdir. Embrionun ən xarici təbəqəsindəki hüceyrələr "hialüronidaza" fermenti ifraz edir. Bu fermentin xüsusiyyəti uşaqlığın divar toxumasındakı turşu təbəqəsini (hialüron turşusu) parçalamasıdır. Bu şəkildə embrion uşaqlığın divarına möhkəm bir şəkildə yapışır. Şübhəsiz ki, embrionun "ağıl və iradə göstərirmiş" kimi, uşaqlığın divarındakı hialüron turşusunu analiz edib, bəzi hüceyrələrə bunun quruluşunu pozacaq hialüronidaza fermentini ifraz etdirməyə başlaması da, özlüyündə möcüzəvi bir hadisədir.
Bundan sonrakı dövrdə hüceyrələri izlədikdə çox sıx bir tıxacla qarşılaşırıq. Bir-birinin eyni olan hüceyrələr müəyyən bir müddətdən sonra bölünərək yenə çoxalır və hüceyrələrin bəziləri digərlərindən fərqli bir quruluşa bürünməyə başlayır. Bu tıxac o an üçün anlaşılmazdır. Ancaq irəliləyən günlərdə bu tıxac əsnasında bədənin inşası üçün lazımli əməliyyatların çox sürətli və proqramlı bir şəkildə reallaşdığı aydın olur. Bütün hüceyrələr sanki vəzifəsini yerinə yetirən işçilər kimi hissə-hissə hərəkət edirlər. Sonra eyni orqanı meydana gətirəcək hüceyrə qrupları bir-birinə yapışaraq yığılır, qatlanır və orqanları meydana gətirmək üçün hazırlanır.
Bu fəaliyyət nəticəsində bəzi hüceyrələr sümük hüceyrəsi, bəziləri dəri, bəziləri də əzələ hüceyrəsinə çevrilir. Sümük hüceyrələri sümüklərin olması lazım olan yerdə toplanır. Əzələ hüceyrələri əzələlərin olması lazım olan yerdə bir yerə gəlirlər(!). Bəziləri də daxili hissələrə gedərək, daxili orqanları inşa etməyə başlayırlar. Bəziləri beyni, bəziləri gözləri, bəziləri də damarları meydana gətirirlər.
Bu əməliyyatlara zamanla yeni əməliyyatlar əlavə olunur. Məsələn, hüceyrələrin müəyyən edilmiş istiqamətlərə doğru hərəkət etməsi, proqramlanmış kütləvi hüceyrə ölümləri ilə bəzi orqanların inşa edilməsi və bunun kimi yüzlərlə əməliyyat...
Hər Hüceyrə Qrupuna Necə Hərəkət Etməli Olduğu Ayrı-Ayrı İlham Edilmişdir
Hər hüceyrənin DNT-dəki məlumat bir-biri ilə eynidir. Üstdə bəhs etdiyimiz bu möhtəşəm təşkilat, əsla bir anarxiya içində reallaşmır. Doqquz aylıq zaman ərzində ürək, göz, beyin, qol, qıç və digər orqanlar meydana gələrkən, bədən yavaş-yavaş formalaşır və doğuma, yəni xaricdəki mühitə əlverişli hala gəlir. Bədənlərimiz ən gözəl şəkildə tək hüceyrədən normal bir insan olaraq yaradılmışdır.