Canlıların bədənlərində hər saniyə saysız-hesabsız əməliyyat həyata keçir. Bu əməliyyatlar o qədər mürəkkəbdir ki, hər mərhələdə hər şeyə nəzarət edən, nizamlayan və hadisələri sürətləndirən "super nəzarət edicilərin" müdaxiləsinə ehtiyac vardır. İnsan bədənindəki bu super nəzarət edicilər, fermentlərdir.
Canlı hüceyrələrin hər birində öz işini bilən, məsələn, DNT-nin köçürməsinə kömək edən, qida maddələrini parçalayan, qidalardan enerji əldə edən, sadə molekullardan zəncir düzəldilməsini təmin edən və bunlar kimi saysız işlər görən minlərlə ferment var.
Fermentlər hüceyrənin içindəki mitoxondrilərdə istehsal edilir. Böyük hissəsi zülallardan ibarətdir, qalanları isə vitamin və vitaminə oxşar maddələrdir. Əgər bu fermentlər olmasaydı, ən sadəsindən ən mürəkkəbinə qədər heç bir funksiyanız işləməzya da dayanma həddinə qədər yavaşlayardı. Nəticədə hər iki halda da vəziyyət dəyişməzdi və ölüm reallaşardı. Nəfəs ala bilməz, bir şey yeyə bilməz, həzm edə bilməz, görə bilməz, danışa bilməz qısacası yaşaya bilməzdik.
Fermentlərin ən əhəmiyyətli vəzifələri bədəndəki bəzi kimyəvi reaksiyaları başladıb dayandırmaq və onları sürətləndirməkdir. Bədəndəki hüceyrələr vəzifələrini yerinə yetirərkən, tərkiblərindəki kimyəvi maddələrin reaksiyaya girməsi lazımdır. Kimyəvi reaksiyaların başlaması üçün isəyüksək dərəcədə istilik lazımlıdır. Bu yüksək istilik isə canlı hüceyrələrin həyatları üçün təhlükəli bir vəziyyətdir; hüceyrələrin ölümünə səbəb olar. Burda bu problemi həll edənlər yaradılış möcüzəsi fermentlərdir. Yüksək istiliyə ehtiyac olmadan, fermentlər kimyəvi reaksiyaları başladır və ya sürətləndirirlər, ancaq özləri reaksiyaya girməzlər. Fermentlərin hüceyrələrimizdə meydana gələn hadisələri sürətləndirməsi ilə əlaqədar gündəlik həyatdan bir nümunə verə bilərik: Nəfəs alıb verərkən karbon 4 oksidin qanımızdan təmizlənməsində vəzifəli olan bir ferment sayəsində boğulmadan həyatımıza davam edə bilirik. Çünki "anhidraz" adlı bir ferment karbon 4 oksidin təmizlənmə əməliyyatının sürətini 10 milyon dəfə artırır. Bu sürətlə fermentlər bir dəqiqədə 36 milyon molekulu dəyişikliyə məruz qoyma imkanına sahibdirlər.
Bədənin ardıcıl və istehsal vasitələri
Fermentlər həm vacib olan reaksiyaların ən sürətli şəkildə reallaşmasını təmin edir həm də bədən enerjisini ən qənaətli şəkildə istifadə edirlər. Əgər insan bədənini bir zavod, içində işləyənfermentləri də zavoddakı istehsal vasitələri kimi düşünsək, bu cür zavoda enerji qaynağı çatmaz. Çünki 2000 fərqli növü olan, trilyonlarca maşının qüsursuz şəkildə belə bir sürətdə işləməyiüçün lazım olan enerji çox yüksəkdir. Qaldı ki hüceyrə içindəki sadə bir reaksiyanı laboratoriya mühitində reallaşdırmaq üçün olduqca çox miqdarda istilik və enerji istifadə edilməsi lazımdır.
Halbuki, hüceyrələrdə səssizcə işləyən fermentlər bədənin istiliyi ilə və qidalardan əldə etdikləri enerji ilə bütün vəzifələrini mükəmməl yerinə yetirirlər. Yalnız bu xüsusiyyətləri belə, fermentlərin bədəndə meydana gələn hər hadisəni ən qüsursuz və ən rahat hala gətirmək üçün hazırlanmış qabiliyyətli işçilər olduqlarını görmək üçün kifayətdir. Siz bu yazını oxuyarkən də bir çox ferment bədəninizin hər bir yerində meydana gələn reaksiyalara nəzarət etməkdə və onları hüceyrələrinizin həyatını təmin edəcək şəklə gətirməkdədirlər. İnsan, bədənində daha nələrin baş verdiyini bilmədən, fermentlər, həm bunlardan xəbərdardırlar həm də bütün əməliyyatlara son dərəcə əhəmiyyətli və yerində müdaxilə edirlər. Ayrıca hər bir ferment bədəndəki müəyyən kimyəvi reaksiyaları sürətləndirir. Heç bir ferment başqa fermentin vəzifəsini yerinə yetirməz, öz vəzifəsində isə səhv etməz. Çünki hər bir ferment öz vəzifəsi üçün xüsusi olaraq yaradılmışdır. Məsələn fermentlərin böyük bir hissəsi neytral vəziyyətdəki sulu mühitlərdə təsirli ola bilərkən, mədədə qidaları həzm etməklə vəzifəli olan fermentlər isə ancaq turşulu mühitdə təsirli ola bilirlər. Və ya tüpürcəkdə nişastanı maltoza parçalayan amilaz fermenti qidaya yemək borusu boyunca birlikdə hərəkət edir, ancaq mədəyə çatdığında oradakı turşulu mühit bu fermenti təsirsiz edir. Onsuz damədəyə çatdığında bu fermentin işi də bitir (Harun Yəhya, Zülal Möcüzəsi, Vural Nəşriyyat).
Fermentlərin açar-kilid uyğunlaşması
Fermentlərin şəkilləri, üzərində təsirli olduqları maddə ilə tam uyğundur. Ferment və birləşərək təsir edəcəyi maddə, üç ölçülü mürəkkəb bir həndəsədə, açar və kilid kimi bir-birlərinə birləşirlər. Bədən içində fermentlərin özlərinə uyğun gələn maddəni tapmaları və gedərək birləşmələri çox şüurlu hərəkətdir. Üstəlik fermentlər bədənin hər yerində bir yer tutmuş və özlərinə uyğun olan maddələri gözləyən ovçulara bənzəməkdədirlər. Hamısı öz dizaynına və xüsusiyyətlərinə uyğun, ən doğru yerdə olurlar. Zərər görəcəkləri və ya təsirlərini itirəcəkləri mühitlərdən isə uzaq olurlar. Bütün reaksiyaları başlatma və ya sürətləndirmə kimi bir məsuliyyəti almaları isə düşünməliayrı bir mövzudur. Fermentlər, əgər özlərini dayandıran bir faktor olmazsa, bədəndəki bütün reaksiyaları həmişə başladıb sürətləndirəcəklər. Bu da, məsələn müəyyən bir zülalın həddindən çoxistehsal edilməsinəvə ya hüceyrədəki bəzi tarazlıqların pozulmasına səbəb olacaq. Fermentin fəaliyyətlərini nizama salan isə hüceyrədir. Hüceyrə fermentin dayanması lazım olduğuna qərar verdiyində, fövqəladə bir şüur və planlama ilə fermenti "məşğul edir". Bunun üçün, fermentin normal olaraq birləşdiyi maddəyə bənzər bir maddə göndərir və ferment bu maddə ilə birləşir. Bu səbəbdən bu "yamsılayan" maddə, fermenti bir müddət məşğul edərək, lazımsız fəaliyyətdə olmasına mane olur. Ancaq bu yamsılayanmaddənin fermenti tutmaq üçün həqiqi maddələrlə rəqabət etməsi lazımdır. Bu səbəblə fermentin bu şəkildə maneə törədilməsinə "kompetitif inhibitor" (rəqabətli maneə törədici) deyilməkdədir. Və fermentin səbəb olduğu reaksiyanın nəticəsində yaranan məhsul müəyyən bir səviyyənin altına enənə qədər fermentin fəaliyyətləri bu məşğul etmə metodu ilə dayandırılmış olur.
Yuxarıda izah edilənlər əlbəttə ki, üzərindən bir dəfə oxunub keçiləcək hadisələr deyil. Hər şeydən əvvəl bunu xatırlatmaqda fayda vardır; bu hesabları edən, qərarları alan, planları tətbiq edənlər təhsilli, şüurlu, məsuliyyət sahibi insanlar deyil, cansız atomların birləşmələrindən meydana gəlmiş zülallar, yağlar, karbohidratlar, vitaminlərdir. Hüceyrə anbarı idarə edən kimi, çıxardığı maddənin miqdarını müəyyənetməkdə, istehsalın bir müddət dayandırılması lazım olduğuna qərar verdiyində isə, istehsalı dayandırmaq üçün son dərəcə ağıllı bir plan tətbiq edir.
Hüceyrənin fermenti məşğul edən yamsılayıcı maddəsini çıxarması və onu tam lazım olduğu zamanda göndərməsi də çox şüurlu bir hərəkətdir. Çünki bu yamsılayanmaddələri həmişə mövcud olsalardı, təcili istehsal lazım olduğunda fermentləri məşğul edərək istehsalamane olacaqdılar. Ancaq hüceyrələr hər dəfə dəqiq vaxtdaedirlər. Bu qədər mütəşəkkil, ağıllı və məlumat tələb edən davranışların arxa arxaya, gözlə görülməyəcək qədər kiçik molekullar tərəfindən bacarılması Uca Allah`ın yaratmasındakı üstünlüyün göstəricilərindən yalnız biridir. Bütün bu varlıqların Rəbbimizin əmri ilə hərəkət etdikləri açıq-aşkar bir həqiqətdir.
Elm adamları təkamülçülərin təsadüf iddiasını yalanlayır
İndiki zamanda fermentlər, zülallar və bütün oxşar quruluşlarla əlaqədar təfsilatlar ortaya çıxdıqca, təkamül nəzəriyyəsinin etibarsızlığı da şəffaflaşmaqdadır. Bu mikro dünyadakı quruluşlarda, elm adamlarının istəsələr də istəməsələr də, canlılıqda qüsursuz bir dizayn olduğunu qəbul etmələrinə səbəb olmaqdadır. Mikrobioloq Malcolm Dixon bu elm adamlarından biridir:
Ferment sistemi hər dəqiqə bütün günü işləyənkimyagərlərin edə bilmədiyini edir, heç kim təbii olaraq mövcud olan fermentlərin yüzlərlə yoldaşı ilə birgə təsadüfən bir-birlərini tapmalarını ciddi olaraq düşünə bilərmi? Fermentlər və ferment sistemləri eyni genetik mexanizmlər kimi məhək daşlarıdır. Daha geniş tədqiqat aparıldığında daha genişdizayn ortaya çıxarır.
Fermentlərin təsadüfən meydana gələ bilməyəcək qədər mürəkkəb quruluşa sahib olduqlarını isə, məşhur biokimyaçı Michael Pitman ehtimal hesablarıyla belə ifadə edir:
Bildiyimiz kimi, kainatda 1080-ə yaxın atom var və "Big Bang"in partlamasından bu yana 1017 saniyə keçdi. Həyatın davam edə bilməsi üçün də 2000 ədəd əsas fermentə ehtiyac var. Bu fermentlərdən bir dənəsinin belə təsadüfən meydana gəlməsi üçün 1020-in üzərində bir ehtimal lazımdır. Bunun hamısının təsadüfən meydana gəlməsi üçün isə 1.040.000 ehtimalda bir ehtimal meydana gəlməlidir. Belə bir ehtimalın meydana gəlməsi üçün bütün kainatın orqanik bir şorba olduğunu düşünsək də bu qeyri-mümkündür.
Tək bir fermentin belə təsadüflər nəticəsində özbaşına meydana gəlməsi, bu elm adamlarının da sözlərində ifadə etdiyi kimi qətiyyən qeyri-mümkündür. Halbuki tək bir fermenti meydana gətirmək üçün 50 fərqli ferment bir yerdə işləyir. Bir fermentin tək bir amin turşusunu sintez etmək üçün isə ayrıca 9 fərqli fermentə ehtiyac vardır. Burada bir sual meydana çıxır: Digər fermentlər olmadan ilk ferment necə meydana gəlib? Baxbu, təkamülçülərin heç vaxt cavab verə bilməyəcəyi bir sualdır.
Fermentlərin kimyəvi istehsal problemlərinin yanında, bir xüsusiyyətləri daha var; fermentlər meydana gəldikdə əgər lazımlı şərtlərdə qorunmazlarsa asanlıqla yox olurlar və ya passiv hala gəlirlər, yəni işə yaramırlar.
Nəticə olaraq, tək bir fermentin belə işlək halda olması üçün digər bütün fermentlərin, hüceyrənin, sistemlərin və quruluşlarınhazır olması lazımlıdır. Yaxşı o zaman ilk ferment necə meydana gəlib? Bu problemin cavabı çox açıqdır. Hər canlını bütün molekulları ilə, hüceyrələri ilə, ferment və zülalları ilə birlikdə eyni anda bir bütün olaraq, qüsursuz bir şəkildə var edən Uca Allah yaratmışdır.