Bir çox təkamülçü mənbədə insanla meymunun 99% oxşarlıq təşkil etdiyi və bunun təkamülə dəlil olduğu iddia edilir. Bu təkamülçü iddia xüsusilə şimpanzeyə aid edilir və bu canlının meymunlar arasında insana ən yaxın növü kimi insanla şimpanze arasında qohumluq olduğundan bəhs edilir. Əslində bu da təkamülçülərin cəmiyyətin məlumat azlığından istifadə edərək ortaya atdıqları saxta dəlildir.
99% oxşarlıq iddiası insanları çaşdırmaq məqsədi güdən təbliğat üsuludur
Əvvəla qeyd edilməlidir ki, insan və şimpanze DNT-ləri haqqında tez-tez irəli sürülən 99% oxşarlıq iddiası insanları aldatmaq məqsədi ilə edilir. İnsanla şimpanzenin genetik quruluşlarının bir-birinə 99% oxşar olduğunu iddia etmək üçün insanın genetik quruluşu ilə yanaşı, şimpanzenin də genetik quruluşu öyrənilməli, hər ikisinin genləri bir-biri ilə müqayisə edilməli və nəticə olmalıdır. Ancaq əslində belə bir nəticə yoxdur. Çünki indiyə qədər yalnız insanın genetik xəritəsi əldə edilmişdir. Şimpanze üzərində isə bu cür tədqiqat aparılmamışdır. Bugün də gündəmdə olan insan və meymun genlərinin 99% oxşarlıq iddiası illər əvvəl ortaya atılmış təbliğat xarakterli şüardır. Bu şişirdilmiş oxşarlıq iddiası insanda və şimpanzedə olan 30-40-a yaxın əsas zülallardakı amin turşusu düzülüşünun oxşarlığına əsaslanaraq aparılan ümumiləşdirmədir.
Əslində insanda 30 minə yaxın gen və bu genlərin kodlandığı 100 minə qədər zülal var. Buna görə də 100 min zülaldan sadəcə 40-nın oxşarlığı ilə insan və meymunun bütün genlərinin 99% eyni olduğunu iddia etmək üçün heç bir elmi əsas yoxdur. Sözügedən 40 zülala gəldikdə isə onların üzərində aparılan DNT müqayisəsi hələ də mübahisəlidir. Bu müqayisə 1987-ci ildə Sibley və Olkvist adlı iki bioloq tərəfindən aparılmış və Journal of Molecular Evolution (Molekulyar Təkamül) jurnalında dərc edilmişdir. (Sibley and Ahlquist Journal of Molecular Evolution, no: 26, s. 99-121) Ancaq daha sonra bu iki bioloqun irəli sürdüyü iddiaları tədqiq edən M.Sariç isə istifadə edilən üsulun etibarlılığının mübahisəli olduğu və faktların şişirdildiyi nəticəsinə gəlmişdir. (Sarich et al., Cladistics, 1989, 5:3-32)
İnsan DNT-si soxulcan, milçək və toyuğa da bənzəyir
Yuxarıda bəhs etdiyimiz əsas zülallara gəldikdə isə digər bir çox müxtəlif canlılarda da bu əsas zülallar ortaq həyati molekullardır. Təkcə şimpanzedə deyil, ümumilikdə müxtəlif canlılardakı eyni cür zülalların quruluşu insandakılarla çox oxşardır. "New Scientist" jurnalında verilən genetik təhlillər nematod soxulcanları və insan DNT-lərində 70% oxşarlıq olduğunu ortaya qoymuşdur. Bu, əlbəttə ki, insan ilə soxulcanlar arasında sadəcə 25% fərq olduğu mənasına gəlmir. (Karen Hopkin, "The Greatest Apes", New Scientist, 15 May 1999, s. 27) Həmçinin drozofila növünə aid meyvə milçəklərinin genləri ilə insan genləri müqayisə edildikdə 60 % oxşarlıq olduğu müəyyən edilmişdir. (Hürriyet qəzeti, 24 Fevral 2000)
İnsanla meymun arasındakı genetik oxşarlıq barədə təkamülçü mənbələrdə qeyd edilən digər nümunə isə insanda 46, şimpanzedə isə 48 xromosom olmasıdır. Təkamülçülər xromosom saylarının yaxınlığını təkamülə dəlil kimi göstərirlər. Amma əgər bu məntiqi qəbul etsək, bu halda insana şimpanzedən daha yaxın qohumun varlığı qəbul edilməlidir: Kartof! Çünki kartofun da insan kimi 46 xromosomu var.
İnsandan başqa digər canlılar tədqiq edildiyi zaman təkamülçülər tərəfindən mövcudluğu iddia edilən qohumluq əlaqələrinin molekulyar səviyyədə olmadığı görünür. Bu həqiqət genetik oxşarlıq anlayışının təkamül nəzəriyyəsinə dəlil olmadığını göstərir.
Oxşarlıqlar nə üçün təkamülə dəlil deyil?
Göründüyü kimi, təkamülçülərin şimpanze ilə insan arasında 99% oxşarlıq olduğu iddiası şişirdilmiş iddiadır. Ancaq iki fərqli növ canlı 99% oxşasa belə, bu ikisi arasında təkamül əlaqəsi qurula bilməz. Çünki genetik tədqiqatlar növlərin çox xüsusi şifrələrə malik olduqlarını göstərir. Bu şifrələrdə meydana gələn ən kiçik dəyişiklik belə o növə ölümcül təsir edə bilər. Həm də canlılardakı bu xüsusi quruluş genetik şifrənin funksionallığı ilə əlaqədardır.
Bunu başa düşmək üçün bir-birinə bənzəyən iki canlı növü ilə bir-birinə bənzəyən iki binanı müqayisə edək. İki canlının və iki binanın layihələrinin 99% eyni olduğunu qəbul edək. Sonra da bu layihələrə əsaslanaraq ortaya çıxan canlıların formalarını və binaların quruluşlarını bir-biri ilə qarşılaşdıraq. Nəticədə genetik quruluşları 99% eyni olan canlılar arasında əvəz edilməsi mümkün olmayan quruluş və funksiya fərqliliyinə baxmayaraq layihələri 99% eyni olan binalar bir-birinə bənzəyəcəkdir.
Həm canlılar, həm də binaların layihələrində 1%-lik fərq olmasına baxmayaraq, nə üçün binalar bir-birinə çox bənzəyir, ancaq canlılar bənzəmir? Bunun səbəbi genetik quruluşların fəaliyyətidir. Pleiotropi adlanan genetik qanun haqqında məlumat bu mövzuya açıqlama gətirir. Bu qanuna görə canlı orqanizmlərində olan bir gen 1-dən çox xüsusiyyətə təsir edir. Bir xüsusiyyət isə 1-dən çox gen tərəfindən idarə edilir.
(Michael Denton, Evolution: A Theory in Crisis, London: Burnett Books Ltd., 1985, s. 145)
Bu o deməkdir ki, iki canlı növünün genetik quruluşları arasındakı fərq 1% olsa da, bu fərq əslində çox amilə təsir göstərir. Çünki bina layihəsindəki 1% fərq quruluşda 1% fərq edirsə, canlı layihəsi, yəni genetik quruluşlar arasındakı 1% fərq o iki canlının quruluşu arasında çox böyük fərqin olmasına gətirib çıxarır. Çünki canlıların fərqli olan 1%-lik genetik hissələri 99%-lik genetik quruluşda kodlanan xüsusiyyətlərə müdaxilə edir.
Oxşarlıqların Səbəbi: "Ortaq Yaradılış"
Əlbəttə, insan bədəninin digər canlılarla molekulyar oxşarlıqlarının olması mümkündür. Çünki eyni molekullardan əmələ gəlmişik, eyni su və atmosferdən istifadə edirik, eyni molekullardan əmələ gələn maddələrlə qidalanırıq. Belə ki, maddələr mübadiləsinin və dolayısı ilə genetik quruluşların bənzəməsi də təbiidir. Ancaq bu "ortaq xammal" təkamülün deyil, "ortaq yaradılışın", yəni bütün canlıların eyni plan üzrə yaradıldıqlarının nəticəsidir.
Bir misal mövzunu daha da açıqlaya bilər: dünyadakı bütün körpülər də oxşar xammal ilə (kərpic, dəmir, sement və s.) ilə tikilir. Ancaq bu, körpülərin bir-birlərindən "təkamül edərək əmələ gəlməsi" demək deyil. Ortaq xammal istifadə edərək ayrı-ayrı inşa edilirlər. Canlıların vəziyyətini də buna bənzətmək olar. Ancaq, əlbəttə, canlıların quruluşu körpülərlə müqayisə edilməyəcək qədər mürəkkəbdir.