Qarışqalardakı dostluq və həmrəyliyin bir bənzəri də arı pətəklərində baş verir. Xüsusilə, işçi arıların göstərdikləri fədakarlıqlar işçi qarışqaların fədakarlıqlarına çox oxşardır. Hər iki növün işçiləri də yuvalarındakı şahzadə və özlərinə aid olmayan sürfələr üçün ölənə qədər dayanmadan işləyirlər.
Bir arı pətəyində şahzadə arı, şahzadə arını dölləmək üçün erkək və işçi arılar olur. Pətəyin bütün fəaliyyətini işçi arılar həyata keçirir. Pətəklərin inşası, təmizliyi və təhlükəsizliyi, şahzadə arının və erkək arıların qidalanmaları, sürfələrin qulluğu, yumurtaların böyüyəcəyi otaqların həmin arıya (işçi, şahzadə, erkək) görə inşası, bu otaqların hazırlığı, təmizlənməsi, yumurtaların inkişaf edəcəyi uyğun istiliyin və nəmin təmin edilməsi, arı sürfələrinin qidalanması (arı südü, bal və polen qarışığı), nektar, çiçək tozu, su və qətranın toplanması"¦
Bir işçi arının həyatı boyu keçirdiyi mərhələləri və bu mərhələlər zamanı nümayiş etdirdiyi fədakar davranışları belə sıralaya bilərik:
İşçi arılar sürfələrə qulluq edirlər:
Bir işçi arının ömrü təxminən 4-6 həftədir. İşçi arı böyüdükləri hüceyrədən çıxdıqdan sonra 3 həftədən az bir müddət ərzində pətəyin içində işləyir. İlk işi böyüyən arılara qulluq etməkdir. İşçi anbarlardan aldığı bal və çiçək tozları ilə qidalanır, ancaq aldığı qidanın böyük hissəsini sürfələrə yedirir. Bunu qismən qidanı geri çıxardaraq, qismən də başındakı müəyyən ifrazat vəzilərindən ifraz etdiyi jelatin maddəsini onlara verərək edir.
Burada bir anlığa dayanıb düşünmək lazımdır. Hüceyrədən yeni çıxmış bir canlı edəcəyi vəzifəni necə bilir və bunu niyə əsla etiraz etmədən bütün bal arıları yerinə yetirirlər? Əslində hüceyrədən çıxan bir bal arısı şüursuz olaraq, fədakarlıq etmədən öz həyatını davam etdirməyə çalışmalıdır. Amma belə olmur, arı özündən gözlənilməyəcək bir nizam-intizam və məsuliyyətlə baxıcılıq vəzifəsini yerinə yetirir.
Qanadları ilə pətəyin havasını təmizləyən arılar:
İşçi arı təxminən 12 günlük olduğu zaman arı mumu vəziləri də inkişaf edir. Arı o zaman içində sürfələrin böyüdüldüyü və qidanın yığıldığı, altıbucaqlı hüceyrələrdən ibarət olan pətəyi təmir etməyə və düzəltməyə başlayır. Pətəkləri təmizləyən arılar:
İşçi arı 12 günlük olandan 3 həftəlik olana qədər yuvaya qayıdanların gətirdikləri nektarı və çiçək tozlarını alıb bala çevirərək yığırlar. Eyni zamanda pətəyin təmizlənməsi ilə də məşğul olurlar. Ölmüş arıları və digər zibilləri daşıyırlar.
Həmin arılar 3 həftəlik ikən artıq pətək üçün lazım olan nektarı, çiçək tozu, su və şirə toplamağa hazır vəziyyətdə olurlar.
Kifayət qədər yetkin olan işçilər nektar verən çiçək axtarmaq üçün yola çıxırlar. Qida axtarmaq çox yorucu bir işdir. Bir işçi arı 2-3 həftə çalışdıqdan sonra əldən düşür və ölür. Ancaq əsl vacib olan budur: bir arı öz ehtiyacından da çox bal hazırlayır. Yalnız öz həyatını davam etdirmə mübarizəsi içində olan, şüursuz bir canlının belə zəhmətli bir işi təkidlə davam etdirməsi qətiyyən təkamülçülər tərəfindən açıqlana bilməz.
Pətəyin qapısında keşik çəkən arılar:
İşçi arıların qida axtarışına çıxmadan əvvəl etdikləri çox vacib vəzifələri də var: Növbətçilik.
Hər arı pətəyinin qarşısında növbətçi arılar olur. Onların vəzifələri pətəyə girməyə çalışanlara etiraz etmək və onları geri püskürtməkdir. Pətəyin qoxusu üzərində olmayan hər hansı bir canlı, digər arılar və sürfələr üçün təhlükə və düşmən olaraq qəbul edilir.
Belə biri pətəyin girişində göründüyü zaman növbətçi arılar çox sərt reaksiya verirlər. Qanadlarının sürətli vızıltısı dərhal yaxındakı digər arıları xəbərdar edir. Növbətçilər ona qarşı zəhərli iynələrindən istifadə edirlər. Bu zəhər eyni zamanda pətəkdə qoxu yayır və böyük bir təhlükə siqnalı verir. Bundan sonra arılar döyüşməyə hazır vəziyyətdə pətəyin girişinə gəlirlər.
Əgər növbətçi arı düşmənini yaralayarsa, yaraladığı yerdən zəhərini yeridərək, daha çox qoxu yayır. Qoxu nə qədər qüvvətli olsa, arılar da o qədər həyəcanlı və döyüşgən olurlar.
Əslində bir arı pətəyini qorumaq intihar mənasına gələ bilər. Bir bal arısının iynəsi kirpinin tikanı kimi kiçik oxlara malikdir. İynə bir çox heyvanın ətindən geri çıxmaya da bilir. Arı uçmağa çalışarkən iynə dəriyə ilişdiyi üçün arının qarnının arxa tərəfi deşilir. Qarının deşilmiş hissəsində zəhər ifrazatı və ona nəzarət edən sinirlər var. Arı yaralandığı üçün ölərkən pətəkdə sağ qalanlara bununla fayda verir. Ölən arıdan qopan ifrazat vəzi qurbanının yarasına zəhər püskürtməyə davam edir.
Kiçik bir canlının dünyaya gəldiyi andan etibarən heç dayanmadan və yorulmadan başqaları üçün çalışması, onlara böyük bir qayğı göstərməsi və hətta onlar üçün ölümü gözə alması necə açıqlana bilər? Hətta dünyanın hər yerində və milyonlarla ildir bütün bal arıları və qarışqalar eyni fədakarlıqları göstərirlər. Qısa ömürləri boyu saysız fədakarlıqlar edən bu canlıların üstün bir Yaradıcı olan Allah'ın ilhamı ilə hərəkət etdikləri açıq-aşkar bir gerçəkdir.