Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Qarışqa koloniyalarındakı fədakarlıqlar

27 Mart 2014 01:22

Qarışqa koloniyalarının ən vacib xüsusiyyətlərindən biri qidalarını paylaşmalarıdır. Eyni koloniyadan iki qarışqa qarşılaşdıqda əgər biri ac və ya susuzdursa və digərinin qursağında çeynənmiş və yarı həzm edilmiş yemək varsa, ehtiyacı olan qarışqa ondan yemək tələb edir.Qursağı dolu olan qarışqa isə onu heç bir zaman geri çevirmir, əksinə yeməyini digəri ilə paylaşır. Qarışqalar sürfələrini də qursaqlarındakı yeməklərlə qidalandırırlar. Hətta çox vaxt özlərinə digər qarışqalara verdiklərindən daha az yemək ayırırlar. (Peter Kropoktin, Mutual Aid: A Factor of Evolution, 1902, I Hissə)

Qarışqa yuvalarında mükəmməl iş bölgüsü var və hər bir qarışqa öhdəsinə düşən vəzifəni böyük ustalıqla yerinə yetirir. Bu qarışqalardan biri də qapıçı qarışqalardır. Bu qarışqaların vəzifəsi yuvanın girişlərini qorumaqdır. Yuvaya yalnız öz koloniyalarından olan qarışqalara girməyə icazə verir və digərlərini qoymur. Qapıçı qarışqaların başlarının böyüklüyü yuvanın girişi ilə eynidir və bu xüsusi baş quruluşu ilə yuvanın girişini tıxayırlar. Qapıçılar gün boyu heç tərpənmədən qapının girişində gözləyirlər. (Bert Hölldobler-Edward O. Wilson, The Ants, Harvard University Press, 1990, s. 330-331)

Qarışqalar mədələrindəki yeməyi paylaşmaqla yanaşı, tapdıqları qida qaynaqlarını da mümkün olduğu qədər çox qarışqaya xəbər verməyə çalışırlar. Yalnız özlərini düşünərək mübarizə aparmırlar. Qida qaynağını ilk tapan qarışqa qursağını dolduraraq yuvaya geri dönür. Geri dönərkən qarnının ucunu az fasilələrlə yerə sürtür və kimyəvi işarə buraxır. Bununla da kifayətlənmir, yuvaya geri dönəndə qısa müddətdə sürətlə 3 və ya 6 dəfə dövr edir. Bu hərəkət yuvadakı yoldaşlarının onunla əlaqə saxlamalarını təmin edir. Beləcə qida tapan qarışqa qida qaynağına geri dönərkən yoldaşları da onu izləyirlər.

Yarpaq kəsən qarışqa koloniyasının orta boylu işçiləri bütün günlərini yarpaq daşımaqla keçirirlər. Ancaq yarpaq daşıyarkən özlərini heç müdafiə edə bilmirlər. Xüsusilə də bir ağcaqanad növünə qarşı. Bu ağcaqanad növü yumurtalarını qarışqanın başına qoyur. Qarışqanın bədənində zamanla inkişaf edib yumurtadan çıxan ağcaqanad sürfəsi heyvanın beyninə qədər irəliləyərək ölümünə səbəb ola bilir. İşçi qarışqalar yarpaq daşıdıqları zamanlar bu təhlükəli düşmənlərinə qarşı özlərini qoruya bilməyəcək vəziyyətdə olurlar. Ancaq onların yerinə bu vəzifəni öhdəsinə götürən başqa qarışqalar da var. Eyni koloniyada yaşayan kiçik boylu qarışqalar daşınan yarpaqların üzərinə yerləşir və ağcaqanadın hücumu əsnasında bu kiçik qoruyucular yarpağın üzərində düşmənə qarşı mübarizə aparırlar. (National Geographic, İyul 1995, s. 100)

Bəzi qarışqalar, yüksək miqdarda şəkərli maddə olan yarpaq hissələri ilə qidalanır vəbuna görə də bu qarışqalara bal qarışqaları deyilir. Bal qarışqaları yarpağın müəyyən hissəsindən əmdikləri bu şəkərli qidanı yuvalarına daşıyır və anbara olduqca maraqlı bir üsulla yığırlar. Gənc işçi qarışqalardan bəziləri "canlı qab" funksiyasını yerinə yetirirlər. Balı udan işçi qarışqalar yuvaya döndükdə, ağızlarından balı geri çıxararaq balı saxlayacaq olan gənc işçilərin ağızlarına boşaldırlar. Bal daşıyan qarışqalar, bədənlərinin alt hissəsini şişirərək bal kisəsi olaraq istifadə edirlər. Bəzən böyüklükləri bir üzüm dənəsi qədər də ola bilir. Hər otaqda 25-30 qarışqa ayaqları ilə tavana yapışır və yer dəyişdirmirlər. Əgər hər hansı biri düşsə, digər işçi qarışqalar dərhal əvvəlki vəziyyətinə döndürürlər. Canlı qablar kimi daşıdıqları bal, qarışqadan təxminən 8 dəfə ağırdır. Qışda ya da quraq mövsümlərdə işçi qarışqalar bal qablarını ziyarət edərək gündəlik qida ehtiyaclarını qarşılayırlar. İşçi qarışqa ağzını qab funksiyasını yerinə yetirən qarışqanın ağzına yerləşdirir və balı daşıyan qarışqa bal kisəsindəki əzələlərini sıxaraq kiçik bir damla bal damladır. Şübhəsiz ki, qarışqaların öz iradələri ilə belə bir yığma sistemi inkişaf etdirmələri qeyri-mümkündür. Bundan əlavə qab funksiyasını yerinə yetirən qarışqa böyük bir fədakarlıq edir. Öz ağırlığından 8 dəfə çox olan bir yükü daşıyaraq uzun müddət asılı dayanmaq çox böyük fədakarlıqdır və bu qarışqalar bunları heç bir qarşılıq gözləmədən edirlər. Böyük səbirlə asılı olaraq gözləyir və koloniyadakı qarışqaların tək-tək qidalanmalarına kömək edirlər. Bu metodun və bu metoda uyğun bədən quruluşunun təsadüflər nəticəsində meydana gələ bilməyəcəyi açıq-aydın bir gerçəkdir və nəsillər boyu hər bal qarışqası koloniyasında bu vəzifəni könüllü olaraq boynuna götürən qarışqalar var. Bu, bütün bal qarışqalarının Rəbləri olan Allah'ın ilhamı ilə hərəkət etdiklərinin çox açıq bir dəlilidir.

Qarışqaların tətbiq etdikləri bir başqa müdafiə metodu da lazım gəldikdə koloniyalarını qorumaq üçün intahar edərək düşmənlərinə zərər verməyə çalışmaqdır. Bir çox qarışqa növü bu intahar hücumlarını müxtəlif şəkillərdə reallaşdırır. Bu qarışqaların ən maraqlı növlərindən biri də Malaziyanın yağışlı meşələrində yaşayan qarışqalardır. Bu qarışqaların çənəsindən bədəninin arxasına doğru uzanan zəhərlə dolu ifrazat vəziləri var. Əgər qarışqa düşmənləri tərəfindən əhatə olunarsa, qarın əzələlərini sıxaraq ifrazat vəzilərini deşir, zəhəri düşmənin üzərinə püskürdür və ölür. (Bert Hölldobler-Edward O. Wilson, Journey To The Ants, Harvard University Press, 1994, s .71)

Dişi və erkək qarışqalar törəyə bilmək üçün xeyli fədakarlıqları gözə alırlar. Cütləşmə uçuşundan qısa bir müddət sonra qanadlı erkək qarışqa ölür. Dişi qarışqa isə özünə uyğun bir yuva axtarır. Yuvanı tapdıqda bura girərək öncə qanadlarını qoparır. Daha sonra girişi bağlayaraq həftələrlə, bəzən aylarla yeməksiz və tək başına qalıb, kraliça qarışqa olaraq ilk yumurtalarını buraxır. Bu zaman içində qanadlarını yeyərək yaşayır. İlk yumurtadan çıxan sürfələri öz tüpürcəyi ilə qidalandırır. Bu, kraliça qarışqanın tək başına fədakarlıqla keçirdiyi bir dövrdür. Bu şəkildə koloniyasını qurmağa başlayır.

Əgər yuvaları zəbt edilsə, qarışqalar hər nə olursa olsun balalarını qorumağa çalışır. Yuvadakı əsgər qarışqalar dərhal hücum olan bölgəyə gedərək düşmənlə döyüşür. İşçi qarışqalar isə köməyə möhtac olan sürfələri qorumaq üçün uşaq otaqlarına qaçırlar. Sürfələri və gənc qarışqaları çənələrində yuvanın xaricinə daşıyır və düşmənləri gedənə qədər onları bir yerdə gizlədirlər. Belə bir təhlükə anında qarışqa kimi bir heyvandan gözlənilən sadəcə öz qayğısına qalması və özünə gizlənəcək bir yer axtarmasıdır. Ancaq nə əsgər qarışqalar, nə qapıda keşik çəkən qarışqalar, nə də işçi qarışqalar öz həyatlarını düşünmürlər. Hər bir qarışqa digər qarışqa üçün öz həyatını təhlükəyə atır. Bu, ən üst səviyyədə bir fədakarlıqdır və milyonlarla ildir ki, bütün qarışqalar bu şəkildə davranırlar.

Bura qədər izah etdiklərimiz şübhəsiz ki, heyvanlar aləmində yaşanan olduqca qeyri-adi davranışlar idi. Ancaq diqqət edilməsi lazım olan, bu qeyri-adi davranışları reallaşdıran canlıların çox kiçik qarışqalar olmasıdır. Qarışqalar insanların hər gün görməyə vərdiş etdikləri, çox da əhəmiyyət vermədikləri canlılardır. Ancaq onların fərqində olmadığımız bu davranışlarını araşdırdığımızda qarşımıza çıxan ağıl gözardı edilə bilməyəcək dərəcədə böyükdür. Gözlə görünə bilməyəcək qədər kiçik sinir hüceyrələrindən ibarət olan bir beyinə sahib olan bu varlıqlar sanki şüurlu hadisələr reallaşdırırlar. Çünki bu canlılar milyonlarla ildir çaşmadan, nizam-intizamı pozmadan özlərinə əmr ediləni qüsursuzca yerinə yetirirlər. Onlar Yaradıcıları olan Allah"˜a təslim olmuş və Onun ilhamı ilə hərəkət edirlər.