Xüsusilə məməli heyvanların doğumları olduqca təhlükəli ola bilər. Həm doğan ana heyvan, həm də yeni doğulan balalar yırtıcı heyvanlar üçün asan ovdur. Ancaq adətən bu canlıların doğuş zamanı yanlarında sürülərindən bir köməkçi olur.
Məsələn, dişi maral doğacağı zaman sürüdən kənarda kolluqların arasında bir məkan seçir. Doğuş zamanında isə tək deyil. Yanında sürüdən olan başqa bir dişi ona kömək etmək üçün hazır gözləyir.
Doğuş zamanı bir-birlərinə kömək etmələri ilə məşhur olan digər canlılar isə delfinlərdir. Delfin balalarının doğulandan dərhal sonra su səthinə çıxmaları lazımdır. Buna görə də dişi delfin doğuş zamanı balaya kömək edərək onu burnuyla su səthinə doğru itələyir. Doğuşdan əvvəl dişinin hərəkət etməyi çətinləşir. Bu səbəbdən doğuş anında dişi delfinin yanında ona doğuşda kömək etmək üçün sürüdən iki dişi delfin də olur. Kömək edən delfinlər doğuşdan əvvəl onun bir zərər görməməsi üçün ana delfinin hər iki yanında üzürlər. Onların vəzifələri doğuşdan əvvəl hərəkət etməyi çətinləşən və buna görə də hər hansı bir təhlükə zamanı özünü qoruya bilməyən ana delfini qorumaqdır. Xüsusilə də doğum əsnasında axan qanın qoxusuna həmin yerə gələ biləcək balinalara qarşı çox diqqətlə ana delfinin ətrafında olurlar.
İlk iki həftə bala delfin anasının yanından heç ayrılmır. Kiçik delfin doğulduqdan qısa müddət sonra üzməyi bacarır və bu müddət ərzində də yavaş-yavaş anasından uzaqlaşmağa başlayır. Ancaq yeni doğmuş ana delfin balanın sürətli və cəld hərəkətlərinə uyğunlaşa bilməyəcəyi və onu kifayət qədər qoruya bilməyəcəyi üçün bu halda yenə kömək edən dişi delfin balanı qoruyur.
Heyvanlar Ensiklopediyası, (Məməlilər), s. 29
Ana filə də doğuşdan əvvəl kömək etmək üçün hər zaman sürüdəki digər dişi fillərdən biri hazır gözləyir. Sıx kolluq və ağacların arasında ustalıqla gizləyən ana fil və ona doğuşda kömək edəcək dişi fil, bala fili illər boyu qorumağa davam edirlər. Dişi fil yanında balası olan zaman daha təcavüzkar və zirək olur.
(Heyvanlar Ensiklopediyası, (Məməlilər), s. 80)
Fillərin və digər canlıların doğuşdan əvvəl aralarında necə razılaşdıqları, kömək edəcək olan heyvanın doğuş vaxtının gəldiyini və köməyə ehtiyacı olacağını necə təsbit edə bildiyi əlbəttə ki, soruşulması lazım olan suallardır. Heyvanların heç birində bunları öz ağıl və iradələri ilə bacara biləcək qabiliyyətləri yoxdur. Həm də dünyanın hər yerində fillər bu şəkildə bir-birlərinə yardım edirlər. Eyni hal delfinlər və digər canlılara da aiddir. Bu hər bir canlının tək bir Yaradıcı tərəfindən yaradıldıqlarının və eyni Yaradıcının hər an nəzarəti altında olduqlarının açıq göstəricisidir.