Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Hüceyrənin içindəki ən əsas detal: zülal

27 Mart 2014 01:22

Hüceyrəni təşkil edən vahidlərdən biri olan zülal ardıcıl düzülmüş amin turşularından təşkil olunmuşdur. Bir zülalın əmələ gəlməsi üçün bir çox şərt var. Bunlardan ən əsası aşağıdakılardır:

Amin turşuları peptid rabitəsi adlanan xüsusi rabitə ilə bir-birlərinə birləşməlidir;

Zülalı təşkil edən amin turşuları sol əlli olmalıdır;

Xüsusi ardıcıllıqla bir-birinə birləşməlidir.

100 amin turşusu uzunluğundakı kiçik bir zülal zəncirində belə amin turşularının təsadüfən sol əlli olması, təsadüfən xüsusi ardıcıllıqla birləşməsi, təsadüfən bir-birinə peptid rabitə ilə birləşməsi qətiyyən mümkün deyil. Bu ehtimalların heç birinin təsadüfən mümkün olmadığını görən elm adamları hesablama aparmış və belə bir təsadüf ehtimalının təqribən 10190-da 1 olduğunu müəyyən etmişlər (bu say 10 rəqəminin yanına 190 sıfır əlavə etməklə alınır). Belə bir ehtimalın baş verməsi üçün Yer kürəsinin yaşı qədər uzun müddət verilsə də, bir zülalın təsadüfən əmələ gəlməsi qeyri-mümkündür. Riyazi cəhətdən də 1050-də 1 ehtimalın sıfır ehtimal qəbul edildiyini nəzərə alsaq, bunu daha yaxşı anlaya bilərik. Çünki 10190 təqribən 4 ədəd 1050-dən ibarətdir (1050x1050x1050x1040=10190).

Zülallar hüceyrələrin həm quruluş vahididir, həm də çox mürəkkəb orqanoidləri təşkil edirlər. Bütün bədəninizin, daha geniş mənada, bütün canlılar aləminin əsas quruluş vahidləridir. Bircə zülalın öz-özünə, təsadüfən əmələgəlmə ehtimalı yoxdursa, bu mükəmməl quruluşun hüceyrənin əsasını təşkil etməsi, bu qədər çox zülalın birləşməsi və mütəmadi olaraq yenidən sintezlənməsi təkamül nəzəriyyəsini kökündən təkzib edən mühüm faktdır.