Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

RNT dünyası da ssenaridən ibarətdir

27 Mart 2014 01:22

"Necə oldu ki, genetik məlumat onu izah edən mexanizmlərlə (ribasomlar və RNT molekulları ilə) birlikdə ortaya çıxdı? Bu sual qarşısında özümüzü cavabla deyil heyranlıq və təəccüb hissləri ilə təmin etməliyik." Douglas R. Hofstadter

70-ci illərdə primitiv yer atmosferinin ehtiva etdiyi qazların amin turşusu sintezi üçün əlverişli olmadığının bilinməsi, molekulyar təkamül nəzəriyyəsi üçün böyük zərbə oldu. Miller, Fox, Ponnamperuma kimi təkamülçülərin "primitiv atmosfer təcrübələri"nin hamısının etibarsız olduğu aydın oldu. Buna görə də 80-ci illərdə başqa təkamülçü tədqiqatlar axtarıldı. Bunun nəticəsində əvvəlcə zülalların deyil, zülalların məlumatını daşıyan RNT molekulunun meydana gəldiyini qarşıya qoyan "RNT Dünyası" ssenarisi ortaya atıldı.

1986-cı ildə Harvardlı kimyaçı Walter Gilbert tərəfindən ortaya atılan bu ssenariyə görə, bundan milyardlarla il əvvəl bir təhər öz-özünü kopiyalaya bilən bir RNT molekulu təsadüfən özbaşına meydana gəlmişdi. Sonra bu RNT molekulu ətraf şərtlərinin təsiriylə birdən-birə zülallar sintez etməyə başlamışdı. Daha sonra məlumatları ikinci bir molekulda saxlamaq ehtiyacı doğulmuş və bir təhər DNT molekulu ortaya çıxmışdı.

Hər mərhələsi ayrı-ayrılıqda qeyri-mümkün olan bu xəyalı belə çətin olan ssenari həyatın başlanğıcını izah etmək əvəzinə, problemi daha da böyütmüş, xeyli cavabsız sualı gündəmə gətirmişdi:

1- Daha RNT-ni meydana gətirən nükleotidlərin sadəcə birinin belə meydana gəlməsi qətiyyən təsadüflərlə açıqlanması mümkün deyilkən, görəsən xəyali nükleotidlər necə uyğun düzüşlə bir yerə gələrək RNT-ni meydana gətirmişdilər? Təkamülçü bioloq John Horgan RNT-nin təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunu belə qəbul edir: Tədqiqatçılar RNT dünyası anlayışını detallı şəkildə araşdırdıqca gedərək daha çox problem ortaya çıxır. RNT ilk olaraq necə meydana gəldi? RNT və onun parçalarının laboratoriyada ən yaxşı şərtlərdə sintez edilməsi belə son dərəcə çətinkən, bunun prebiyotik (həyatdan əvvəl) mühitdə reallaşması necə olmuşdur?( John Horgan, "In the Beginning", Scientific American, Cild 264, Fevral 1991, s. 119)

Prof. Leslie Orgel: "Həyatın, kimyəvi yollarla meydana gəlməsi qeyri-mümkündür."

2- Təsadüfən meydana gəldiyini fərz etsək belə yalnız bir nükleotid zəncirindən ibarət olan bu RNT hansı şüurla özünü kopyalamağa qərar vermiş və hansı mexanizmlə bu kopyalamanı bacarmışdı? Özünü kopyalayarkən istifadə edəcəyi nükleotidleri haradan tapmışdı? Təkamülçü mikrobioloqlar Gerald Joyce və Leslie Orgel vəziyyətin ümidsizliyini belə dilə gətirirlər: Mübahisə, içindən çıxılmaz bir nöqtədə mərkəzləşir: Qatmaqarışıq bir polinükleotid şorbasından çıxıb birdən-birə özünü kopyalaya bilən o xəyali RNT-nin əfsanəsi... Bu anlayış yalnız bu günki prebiotik kimya anlayışımıza görə absurd olmaqla qalmır, eyni zamanda RNT-nin özünü kopyalaya bilən bir molekul olduğu şəklindəki həddindən artıq optimist düşüncəni də yıxır.( G. F. Joyce, L. E. Orgel, "Prospects for Understanding the Origin of the RNT World", In the RNT World, New York: Cold Spring Harbor Laboratory Press, 1993, s. 13.)

3- Qaldı ki, əgər primitiv dünyada özünü kopyalayan bir RNT meydana gəldiyini və mühitdə RNT-nin istifadə edəcəyi hər növ amin turşusudan saysız miqdarlarda olduğunu fərz etsək və bütün bu mümkünsüzlüklərin necəsə reallaşmış olduğunu düşünsək belə, bu vəziyyət yenə də sadəcə bir zülal molekulunun meydana gələ bilməsi üçün kafi deyil. Çünki RNT yalnız zülalın quruluşuyla əlaqədar məlumatdır. Amin turşuları isə xam maddədir. Ancaq ortada zülal sintez edən "mexanizm" yoxdur. RNT-nin varlığını zülal istehsalı üçün kafi saymaq, bir avtomobilin kağız üzərinə çəkilmiş dizaynını o avtomobili meydana gətirəcək minlərlə parçanın üzərinə atıb sonra avtomobilin öz-özünə montajlanıb ortaya çıxmasını gözləməklə eyni dərəcədə axmaqlıqdır. Ortalıqda fabrik və işçilər yoxdur ki, istehsal reallaşsın. Zülal hüceyrənin içindəki son dərəcə kompleks əməliyyatlar nəticəsində bir çox fermentin köməyiylə ribosom adlanan fabrikdə sintez edilir. Ribosom isə yenə zülallardan meydana gəlmiş kompleks hüceyrə orqanoididir. Buna görə bu vəziyyət ribosomun da eyni anda təsadüfən meydana gəlmiş olması kimi məntiqsiz fərziyyəni özü ilə gətirəcək. Təkamülün ən fanatik müdafiəçilərindən Nobel mükafatı alan Jacques Monod belə zülal sintezinin yalnız nükleiN turşulardakı məlumata sadələşdirilməsinin mümkün olmadığını bu şəkildə açıqlayır: Şifrə (DNT, ya da RNT-dəki məlumat) köçürülmədikcə mənasızdır. Müasir hüceyrədəki şifrə köçürmə mexanizmi ən az 50 makromolekulyar parçadan meydana gəlir ki, bunların özləri də DNT-də kodlanmışdırlar. Şifrə bu vahidlər olmadan kopyalana bilməz. Bu dövrün bağlanması nə vaxt və necə reallaşdı? Bunun xəyali belə həddindən artıq dərəcədə çətindir.( Jacques Monod, Chance and Necessity, New York: 1971, s. 143)

Primitiv dünyadakı RNT zənciri hansı iradəylə bu cür qərar vermiş və hansı üsulları istifadə edərək 50 xüsusi vəzifəli hissəciyin işini öz-özünə görərək zülal istehsalını reallaşdırmışdır? Təkamülçülərin bu suallara verə bildikləri heç bir cavabları yoxdur.

San Diyeqo Kaliforniya Universitetindən Stanley Millerin və Francis Crickin iş yoldaşı məşhur təkamülçü Dr. Leslie Orgel "həyatın RNT dünyası ilə başlaması" ehtimalı üçün "ssenari" ifadəsindən istifadə edir. Orgel bu RNT-nin hansı xüsusiyyətlərə sahib olmasının lazım olduğunu və bunun mümkünsüzlüyünü, American Scientistin Oktyabr 1994-cü il sayındakı "The Origin of Life on the Earth" başlıqlı məqalədə belə ifadə edir: Bu ssenarinin meydana gələ bilməsi üçün primitiv dünyadakı RNT-nin bu gün mövcud olmayan iki xüsusiyyətinin olması lazımdır: Zülalların köməyi olmadan özünü kopyalama xüsusiyyəti və zülal sintezinin hər mərhələsini reallaşdırma xüsusiyyəti. (Leslie E. Orgel, "The Origin of Lifə on the Earth", Scientific American, Oktyabr 1994, Cild 271, s. 78)

Açıq-aşkar aydın olduğu kimi Orgelin "olmazsa olmaz" şərtini qoyduğu bu iki kompleks əməliyyatı RNT molekulundan gözləmək ancaq təkamülçü təxəyyül və dünyagörüşüylə mümkün ola bilər. Konkret elmi gerçəklər isə həyatın təsadüflərlə yarandığı iddiasının yeni versiyası olan "RNT Dünyası" tezisinin qətiyyən mümkün olmayan nağıl olduğunu ortaya qoyur.

Canlılar Aləmi Molekul Yığınlarından Başqa Anlayışdır

Bura qədər bəhs etdiyimiz bütün mümkünsüzlükləri və məntiqsizlikləri bir an üçün unudaq və primitiv dünya şərtləri kimi ən əlverişsiz mühitdə zülal molekulunun təsadüflərlə meydana gəldiyini fərz edək.

Zülalın meydana gəlməsi də kifayət etməyəcək, zülalın bu idarəsiz mühitdə başına heç nə gəlmədən özü kimi təsadüfən meydana gələcək başqa zülalları gözləməsi lazım olacaq.... Ta ki, hüceyrəni meydana gətirəcək milyonlarla uyğun və lazımlı zülal həmişə "təsadüfən" eyni yerdə yan-yana yaranana qədər. Əvvəldən yarananlar o mühitdə ultrabənövşəyi şüalar, şiddətli mexaniki təsirlərə baxmayaraq heç bir pozuntuya uğramadan, səbirlə dərhal yanlarında digərlərinin təsadüfən meydana gəlməsini gözləməliydilər. Sonra lazımi sayda və eyni yerdə yaranan bu zülallar mənalı formalarda bir yerə toplanaraq hüceyrənin orqanoidlərini meydana gətirməliydilər. Aralarına heç bir xarici maddə, zərərli molekul, yararsız zülal zənciri qarışmamalıydı. Sonra bu orqanoidlər son dərəcə planlı, nizamlı, uyğun və əlaqəli şəkildə bir yerə toplanıb bütün lazımlı fermentləri də götürüb bir pərdəylə örtülsələr, bu pərdənin içi də bunlara ideal mühiti təmin edəcək xüsusi mayeylə dolsaydı, bütün bu " mümkünsüzlüklərdən sonra" hadisələr reallaşsaydı belə bu molekul yığını canlana bilərdimi? Cavab, "xeyr"dir! Çünki tədqiqatlar göstərmişdir ki, həyatın başlaması üçün yalnız canlılarda olması lazım olan maddələrin bir yerə toplanmış olması kafi deyil. Həyat üçün lazımlı olan bütün zülalları yığıb təcrübə şüşəsinə qoysaq, yenə də canlı hüceyrə əldə etməyi bacara bilmərik. Bu mövzuda aparılan bütün təcrübələr müvəffəqiyyətsiz olmuşdur. Bütün təcrübə və müşahidələr isə həyatın ancaq həyatdan gəldiyini göstərmişdir. Həyatın cansız maddələrdən gəldiyi iddiası, bu hissənin ən əvvəlində də ifadə etdiyimiz kimi yalnız təkamülçülərin xəyallarında olan, bütün müşahidə və təcrübələrə zidd olan nağıldır.

Bu vəziyyətdə yer üzündəki ilk həyatın da ancaq Həyatdan gəlmiş olması lazımdır. Təkamül isə canlılar aləminin necə başladığını açıqlamaq qalsın, canlılar üçün lazımlı vəsaitin necə meydana gəldiyini və bir yerə gəldiyini belə açıqlaya bilmir.