Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Hüceyrə içindəki kəşfiyyat vahidləri

7 Oktyabr 2013 01:22

Hüceyrə içində reallaşan məlumat transferi dünyanın ən yaxşı kəşfiyyat xidmətlərindən belə daha sürətli və məhsuldar işləyir. Texnoloji baxımdan heç cür təqlid edilə bilməyən bu sistemin ən əhəmiyyətli xüsusiyyəti toxumalı orqanizmlərdən meydana gəlməsidir.

Bir çoxumuz yüksək xəbərləşmə qüllələri ilə qarşılaşmışıq və ya xəbərləri seyr edərkən yeni açılan bənzər bir müəssisənin görünüşü diqqətimizi çəkmişdir. Bunların bizlərdə buraxdığı ilk təəssürat, böyük ehtimalla müxtəlif inkişaf etmiş antenalar və kompleks elektronik cihazlarla dolu struktur olduqlarıdır.

Əslində belə bir təəsürat yanlış da sayılmaz, çünki bu təsislərdəki texnoloji alətləri yaxşı tanımaq üçün elektronik və xəbərləşmə sahəsində müəyyən bir mütəxəssislik və ya mühəndislik məlumatına malik olmaq lazımdır. Bununla yanaşı, hamımızın ortaq bir qənaəti də var: Dünyanın dörd bir tərəfindəki insanlarla ünsiyyət qurmağımıza imkan yaradan bu təsislər artıq insanlıq üçün "olmazsa olmaz" bir mövqedədir. Belə düşünək: Bütün dünyadakı xəbərləşmə qüllələri və stansiyaları qısa bir müddət üçün işləməsə nələr olardı? Aydındır ki, belə bir vəziyyət böyük bir xaos və qarışıqlığa gətirib çıxarardı. Ancaq meydana gələn zərər maddi olaraq nə qədər böyük olursa olsun, yenə də zərərin əvəzi ödənilə bilərdi.

Halbuki, 100 trilyon hüceyrəmizin öz aralarındakı və hər bir hüceyrənin öz içindəki xəbərləşmənin saniyələrlə ölçüləcək qədər qısa bir zaman ərzində belə dövrədən kənar qalması və hüceyrə mesajlarının yerinə çatmaması ölümlə nəticələnir. Müasir dövrün xəbərləşmə sistemləri ən irəli texnologiyaya malik olan elektronik və mexaniki cihazlardan istifadə edilərək qurulmuşdur.

Hüceyrələr arasındakı sistem

Hüceyrələr arasında qurulmuş xəbərləşmə sistemi bir çox baxımdan insanların istifadə etdiyi xəbərləşmə sistemlərinə bənzəyir. Məsələn, hüceyrə qılaflarında özlərinə çatan mesajları qəbul etmələrini təmin edən "antenalar" var. Bu antenaların altında isə hüceyrəyə çatan mesajın kodunu açan "stansiyalar" var.

Haqqında danışılan antenalar, qalınlığı millimetrin yüz mində biri qədər olub hüceyrə qılafında yerləşir."Tirozin kinaza" reseptoru adlanan bu qəbuledici, gövdə və quyruq olmaqla üç başlıca hissədən meydana gəlir. Antenanın hüceyrə qılafının xaricində qalan hissəsinin quruluşu peyk yayımlarını toplamaqda istifadə edilən çanaq antenasına bənzəyir. Hər çanaq antenanın müəyyən bir peykin yayınını qəbul etməyə müvafiq olması kimi, müxtəlif hormon molekullarının daşıdığı mesajların dilindən anlayan fərqli antenalar var.

Digər hüceyrələrdən gələn mesajlar - hormonlar -, hüceyrə qılafındakı antenalara təmas edir. Ancaq hər antena yalnız bir mesajı qəbul edəcək şəkildə dizayn edilmişdir. Bu çox xüsusi bir dizaynın əsəridir. Beləcə göndərilən mesaj səhvən bir başqa hüceyrəni hərəkətə keçirmir.

Hormon və antena bir-birlərinə elə uyğun yaradılıblar ki, bu bənzərlik, demək olar ki, bütün biologiya qaynaqlarında açar-qıfıl uyğunlaşmasına bənzədilir. Yalnız doğru açar kilidi aça bilir, yəni yalnız doğru hüceyrə göndərilən mesajla təmasda olur, digər hüceyrələr üçün bu mesajlar heç bir şey ifadə etmir.

Hormon hüceyrəyə çatdığı andan etibarən hüceyrə içində bir sistem fəaliyyətə başlayır. Hüceyrəyə gələn mesaj, çox xüsusi xəbərləşmə sistemləri tərəfindən hüceyrənin DNT-ə çatdırılır və hüceyrənin bu mesaja əsasən hərəkət etməsi təmin edilir.

İndi ümumi təsvir edilən bu hadisənin əslində nə qədər böyük bir möcüzə olduğunu anlamaq üçün gündəlik həyatda hər kəsin qarşılaşa biləcəyi sadə bir nümunə üzərində düşünək.

Kompüter şəbəkəsinə bağlı fərdi bir kompüterə internet vasitəsi ilə bir silsilə məlumat göndərilə bilər. Kompüter özünə göndərilən məlumatları başqa bir modula, məsələn, kompüter yazıçısına çatdırır və yazıçı məlumatı kağız üzərinə tökür. Bu, demək olar ki, hər ofisdə rast gəlinə biləcək növdən və insanlar üçün adi qarşılanan bir hadisədir. Çünki 80-ci illərdən etibarən kompüterlər istifadə edilməyə başlanmış, kompüter evlərə, işyerlərinə girmiş, 90-cı illərin ikinci yarısından etibarən də internet insan həyatının bir parçası olmuşdur. Buna görə yuxarıdakı paraqrafda insanı heyrətləndirəcək bir şey yoxdur.

Əgər bir gün qəzetdə gözlə görünə bilməyəcək qədər kiçik bir kompüter istehsal edildiyi, bu kompüterin digər kompüterlərlə xəbərləşdiyi yolunda bir xəbər oxusanız şübhəsiz reaksiyanız daha fərqli olar. Bəlkə də bu texnologiyanın belə kiçik bir ölçüyə sığdırıldığına inana bilməzsiniz. Halbuki, real həyatda bundan daha çox inkişaf etmiş texnologiyaya malik olan bir xəbərləşmə sistemi, gözlə görə bilməyəcəyiniz qədər kiçik bir bölgənin içində hər an işləyir.

Hüceyrənin antenalarına gələn bir mesajın böyük bir sürətlə hüceyrənin nüvəsinə çatdırılması, üstəlik bu xəbərləşmə əsnasında çox üstün bir texnologiyanın istifadə edilmiş olması, gözlə görünməyən bir kompüterin istehsal edilmiş olmasından daha böyük bir möcüzədir. Çünki hüceyrə bir ət parçasıdır və sizin bu yazını oxuduğunuz gözlərinizdən əllərinizə qədər bütün bədəniniz hüceyrələrin bir yerə gəlmələri ilə yaranmışdır. Bədənimizdə hər birinin içində çox inkişaf etmiş bir xəbərləşmə sistemi olan 100 trilyon kiçik canlı var. Şübhəsiz ki, bu çox böyük bir möcüzədir. (Harun Yəhya, Hormon Möcüzəsi)

Hüceyrələrdəki xüsusi xəbərçilər

Ətrafınızdakı insanlardan yaşadığımız əsrin ən əhəmiyyətli ünsiyyət vasitəsinin nə olduğunu soruşsanız, verilən cavablar arasında ilk sırada böyük bir ehtimalla "internet" olardı. Bu cavabı verənlərə niyə belə düşündüklərinə dair ikinci bir sual yönəldin: Sizə, internet texnologiyasının kiçik bir zaman dilimində böyük nisbətlərdə məlumatı dünyanın bir ucundan digər ucuna ötürməyə imkan təmin etdiyini söyləyəcəklər. Bəziləri bunun xəbərləşmədə bir inqilab olduğunu, bəziləri də heyrətverici bir hadisə olduğunu ifadə edəcək. Əlbəttə internet texnologiyası bəşər tarixinin ən əhəmiyyətli hadisələrindən biridir. Ancaq bu da bir həqiqətdir ki, internet vasitəsi ilə təmin edilən məlumat transferinin sürəti və həcmi, hüceyrələr arasındakı məlumat ötürülməsi ilə müqayisə edildikdə olduqca zəif qalır.

Xüsusilə beyindəki neyronlar, yəni sinir hüceyrələri və ya göz hüceyrələri istər sürət, istər həcm baxımından insanın bildiyi ən sürətli məlumat transferi həcminə malikdir.

Bu hüceyrələrdə sürətli və qüsursuz məlumat transferini mümkün edən sistemlər hər an işlək vəziyyətdədir. Sinir hüceyrələrinin xəbərləşmə şəbəkəsi ilə bağlı aparılan son elmi araşdırmalar göstərmişdir ki, bəzi zülallar "inanılmayacaq qədər çox sayda əlaqə moduluna" malikdir. Bu zülallar bu sayədə xəbərçi zülal qruplarını davamlı olaraq bir yerdə saxlaya bilir. Sinir hüceyrələrindəki çox sürətli əlaqə də məhz bu xüsusi dizayndan qaynaqlanır.

PSD-95 xəbərçi zülalı

Hüceyrələr dünyasının əlaqə mexanizmində iştirak edən xüsusi zülallara PSD-95-i nümunə olaraq verə bilərik. Bu xəbərçi zülalın, xüsusilə öyrənmə əməliyyatı ilə əlaqədar neyronlarda fəal olduğu düşünülür.

PSD-95 zülalının əlaqə modullarının üçü PDZ moduludur. Bunlardan birincisi reseptorun sitoplazma içindəki quyruğuna bağlanır, ikincisi hüceyrə qılafının ion kanalına nəzarət edir, üçüncüsü də sitoplazmadakı xəbərçi zülalları tutur. Digər bir ifadə ilə, PSD-95 zülalının quruluşundakı əlaqə modulları ona bir çox xəbərləşmə ünsürünü eyni anda koordinasiya etmə imkanı yaradır.

Bu möcüzəvi xəbərləşmə sistemləri yalnız sinir hüceyrələri ilə məhdud deyil. Gözlərimizdə də bənzər sistemlər mövcuddur. Dərhal xatırladaq ki, əlinizdəki bu kitabı oxumağınız göz hüceyrələrinizdəki sürətli xəbərləşmə sistemindən qaynaqlanır. Belə bir sürət olmasaydı, bəlkə də bu sətirlərə baxdığınız anda bir neçə səhifə əvvəl oxuduqlarınızı qəbul edəcəkdiniz.

Haqqında danışılan möhtəşəm mexanizmlər heyvanların gözlərində də var. Meyvə milçəyi üzərində aparılan tədqiqatlar, bu canlının çox saylı kiçik gözdən ibarət olan göz modelində də xüsusi xəbərləşmə modullarının varlığını ortaya çıxarmışdır.

Nəticə olaraq, bura qədər izah edilən həqiqətləri nəzərə alaraq, öz-özümüzə bu sualları verək: Zülallar belə şüurlu və xüsusi əlaqə sistemlərini necə meydana gətiriblər? Zülallar 100 trilyon hüceyrənin fərqli ehtiyaclarına dərhal cavab verəcək xəbərləşmə şəbəkələrini necə qurublar? Və yenə dizayn möcüzəsi olan modullar sistemini öz aralarında razılaşaraq necə dizayn edə biliblər?"¦

Bu sualların cavabını texnoloji inkişaflardan bir nümunə ilə verək:

Hüceyrələr dünyasındakı modullar sisteminə ən yaxın nümunə olaraq, hələ də istehsalı davam edən Beynəlxalq Kosmos Stansiyasını verə bilərik. Bu stansiya bəşər tarixinin ən böyük mühəndislik uğurlarından biri olaraq qəbul edilir və modullar, sistemə görə inşa edilir. Heç kim bu kosmos stansiyasının atomların, molekulların, küləklərin, ildırımların, günəş enerjisinin bir yerə gəlməsi ilə təsadüfən ortaya çıxdığını iddia edə bilməz. Həqiqət odur ki, bu kosmos vasitəsi dünyanın fərqli ölkələrindən bir çox elm adamının, uzun illərə söykənən məlumat təcrübəsinin və çox detallı mühəndislik hesablarının nəticəsində tikilib.

Bu vəziyyətdə hüceyrənin içində funksiyasını yerinə yetirən və elm adamlarının tam olaraq sirlərini aça bilmədikləri, çox inkişaf etmiş bir texnologiyaya malik olan xəbərləşmə modullarının bir yaradıcısı olduğu da qətidir.