Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Təmizləyici komanda

31 Mart 2014 01:22

Dölün uşaqlıqdakı inkişafı və kök hüceyrələrin toxuma və orqanları formalaşdırması zamanı bədəndə təmizlənməyəböyük ehtiyac yaranır və vücud bu prosesi həyata keçirərkən xarici müdaxiləyə ehtiyac duymur. Təmizlik işlərini isə bədənimizdə zibil fabrikini xatırladan proteasom adlı orqanlar həyata keçirir. Proteasomlar yalnız zədələnmiş zülalları sağlam zülallardan ayırd edərək tozsoran kimi təmizləyir. Qüsurlu zülalları toplayır və parçalayaraq zərərsizləşdirir. Olduqca maraqlı funksiya yerinə yetirən bu orqanların qüsurlu zülallarla sağlam zülalları bir-birindən necə ayırdıqları isə elmə hələ də məlum deyil.

Allah proteasomlarla birlikdə hüceyrələri qalıcı xəsarətdən qoruyan və yeniləyən başqa mexanizmlər də yaratmışdır. Embriondakı ümumi hüceyrələrdə zülal zədələri olduqca çox olur, lakin müəyyən müddət sonra bu zədələrin əhəmiyyətli dərəcədə azaldığının şahidi oluruq. Hətta hüceyrədə baş verən dəyişiklərdən bir neçə gün sonra zülal zədələrinin 80-90% azaldığını müşahidə edirik. Bəhs etdiyimiz bu möcüzəvi hadisələr hüceyrə daxilindəki milyonlarla kompleks proseslərdən birinin yalnız kiçik bir mərhələsidir. Bu şüur, informasiya, ağıl, bacarıq, məsuliyyət hissi və əməkdaşlıq tələb edən davranışları şüursuz atomların həyata keçirməsi, əlbəttə ki, mümkün deyil. Bütün bu şüurlu və planlı işləri təşkil və idarə edən, heç şübhəsiz, aləmlərin Rəbbi Allah`dır.