Hüceyrələr arasındakı əlaqə mexanizmində iştirak edən xüsusi zülallara PSD-95-i nümunə göstərə bilərik. Alimlər bu zülalların, xüsusilə, öyrənmə əməliyyatı ilə əlaqədar neyronlarda fəal olduğunu hesab edirlər.
PSD-95 zülalının əlaqə modullarının üçü PDZ moduludur. Bunlardan birincisi reseptorun sitoplazma içindəki quyruğuna bağlanır, ikincisi hüceyrə qılafının ion kanalına nəzarət edir, üçüncüsü də sitoplazmadakı xəbərçi zülalları tutur. Başqa cür desək, PSD-95 zülalının quruluşundakı əlaqə modulları ona bir çox xəbərləşmə ünsürünü eyni anda koordinasiya etmə imkanı yaradır.
Bu möcüzəvi xəbərləşmə sistemləri yalnız sinir hüceyrələri ilə məhdud deyil. Gözlərimizdə də bənzər sistemlər mövcuddur. Xatırladaq ki, əlinizdəki bu kitabı oxumağınız göz hüceyrələrinizdəki sürətli xəbərləşmə sistemindən qaynaqlanır. Belə bir sürət olmasaydı, bəlkə də bu sətirlərə baxdığınız anda bir neçə səhifə əvvəl oxuduqlarınızı qəbul edəcəkdiniz.
Bu möhtəşəm mexanizmlər heyvanların gözlərində də var. Meyvə milçəyi üzərində aparılan tədqiqatlar, bu canlının çoxlu gözcükdən ibarət göz modelində də xüsusi xəbərləşmə modullarının olduğunu ortaya çıxarmışdır.
Nəticə etibarilə, bura qədər izah edilən həqiqətləri nəzərə alaraq, öz-özümüzə bu sualları verə bilərik: Zülallar belə şüurlu və xüsusi əlaqə sistemlərini necə meydana gətirirlər? 100 trilyon hüceyrənin fərqli ehtiyaclarına dərhal cavab verəcək xəbərləşmə şəbəkələrini necə qururlar? Dizayn möcüzəsi olan modullar sistemini öz aralarında razılaşaraq necə dizayn edə biliblər?"¦
Bu sualları yüksək inkişaf etmiş texnologiyadan nümunə gətirərək cavablandıraq:
Hüceyrələr dünyasındakı modullar sisteminə ən yaxın nümunə kimi hələ də istehsalı davam edən Beynəlxalq Kosmos Stansiyasını göstərə bilərik. Bu stansiya bəşər tarixinin ən böyük uğurlarından biri hesab edilir və modullar, sistemə görə inşa edilir. Heç kim bu kosmos stansiyasının atomların, molekulların, küləklərin, ildırımların, günəş enerjisinin bir yerə gəlməsi ilə təsadüfən ortaya çıxdığını iddia edə bilməz. Bu, kosmos vasitəsi dünyanın fərqli ölkələrindən bir çox elm adamının, uzun illərə söykənən məlumat təcrübəsinin və incə mühəndislik hesablarının nəticəsində tikilib.
Bu vəziyyətdə hüceyrənin içində funksiyasını yerinə yetirən və elm adamlarının tam olaraq sirlərini aça bilmədikləri, çox inkişaf etmiş bir texnologiyaya malik olan xəbərləşmə modullarının bir yaradıcısı olduğu da qətidir. Xəbərçi zülalları və bunlardan ibarət olan möcüzəvi əlaqə sistemlərini Allah yaratmış və qüsursuz bir şəkildə nizamlamışdır.