Bütün amin turşularının əsas gövdəsini bir karbon atomuna bağlı hidrogen və azot atomundan meydana gələn bir hissə təşkil edir. Bu gövdənin quruluşu bütün amin turşularında tamamilə eynidir. Ancaq bu gövdəyə əlavə olunan və "R qrupu" adı verilən əlavə bir hissə var ki, bu qrup hər amin turşusunda fərqlidir. Amin turşusuna ona xas xüsusiyyətini verən də bu R qrupudur. R qrup atomlar quruluş olaraq əsas gövdənin sağ və ya sol tərəfində ola bilərlər. Bunlardan R qrup atomlardan sol tərəfdə olanlara L-levo (sol əlli) amin turşuları, sağ tərəfdə olanlara isə D-dextro (sağ əlli) amin turşuları adı verilir. Hər iki növün də əmələ gəlmə ehtimalı 50%-dir. Eyni molekulun sağ əlli və sol əlli formalarına bir-birlərinin "optik izomerləri" adı verilir. Optik izomerlər arasındakı fərq, bir cisimlə o cismin güzgüdəki görünüşü arasındakı fərq kimidir. Eyni atomlardan, eyni hissələrdən, bənzər bir nizamda meydana gəlmələrinə baxmayaraq, bu molekullar eyni sağ əl ilə sol əl kimi, üç ölçüdə simmetrik bir quruluşa sahibdirlər.
Cansız dünyada bu izomerlərdən bərabər miqdarlarda (hər ikisi də 50% nisbətində) mövcuddur və insan bədənində istifadə edilən 20 əsas amin turşusundan hər biri təbiətdə levo ya da dextro formalarında ola bilir.
Ancaq aparılan araşdırmalarda yanıldıcı bir həqiqət ortaya çıxmışdır: Ən sadə orqanizmdən ən mürəkkəb orqanizmə qədər bütün bitki və heyvanlardakı zülallar yalnız levo amin turşularından meydana gəlmişdir. Hətta bəzi təcrübələrdə bakteriyalara dextro amin turşularından verilmiş, ancaq bakteriyalar bu amin turşularını dərhal parçalamışlar. Bəzi vəziyyətlərdə isə bu hissələrdən yenidən özlərinin istifadə edə biləcəkləri levo amin turşularını düzəltmişlər.
Sizin də fərqində olduğunuz kimi, zülalların bu yeni xüsusiyyəti təkamülçülərin "təsadüf" deyilən çıxılmaz vəziyyətini daha da çıxılmaz hala gətirmişdir: Bir zülalın meydana gəlməsi üçün əvvəl də izah etdiyimiz kimi, yalnız bunu əmələ gətirən amin turşularının müəyyən miqdarda, qüsursuz düzülmədə və xüsusi üç ölçülü dizayna uyğun olaraq birləşmələri artıq kifayət deyil. Bütün bunlardan əlavə, bu amin turşularının hamısının sol əlli (levo) olanlar arasından seçilməsi və içlərində bir dənə də olsa sağ əlli amin turşusunun olmaması zəruridir. Bu da təsadüf anlayışının bir daha doğru olmadığını göstərir.
Bu vəziyyət təkamülün ən məşhur müdafiəçisi olan Britannica Bilim Ensiklopediyasında belə ifadə edilib:
Əslində yer üzündə bütün canlı orqanizmlərdəki bütün amin turşuları zülallar kimi kompleks polimerlərin quruluş blokları kimi eyni asimmetrik vəziyyətdədir. Sanki tamamilə sol-əllidirlər. Bu, bir növ milyon dəfə havaya atılan bir pulun həmişə eyni üzü üstə düşməsinə oxşayır. Molekulların necə sol əl ya da sağ əl olduğu tamamilə qavranıla bilməz. Bu seçim müəmmalı şəkildə yerdəki həyatın qaynağına bağlıdır.
Bir dəmir pul milyon dəfə havaya atılıb, həmişə eyni üzü üstə düşürsə, bunu təsadüflə açıqlamaq yoxsa, birinin şüurlu bir şəkildə havaya atılan pula müdaxilə etdiyini qəbul etmək daha məntiqlidir? Cavab ortadadır: şüurlu bir müdaxilə var. Ancaq təkamülçülər bu açıq həqiqətə baxmayaraq, sırf Allahın canlılar üzərindəki hakimiyyətini qəbul etmək istəmədikləri üçün təsadüfə inanırlar. Bu isə əvvəl də ifadə etdiyimiz kimi, sabit düşüncədən başqa bir şey deyil.
Amin turşularındakı sol əllilik prinsipinə bənzər bir vəziyyət nukleotidlər yəni DNT və RNT-nin elementləri üçün də etibarlıdır. Məsələn, canlı orqanizmlərdə olan bütün amin turşularının əksi olaraq bunlar yalnız sağ əlli olanlarından seçilirlər.
Nəticədə, belə xüsusi və şüurlu bir seçiciliyi heç bir şəkildə açıqlaya bilmirlər. Əgər canlı aləm təsadüflərlə əmələ gəlmiş olsaydı, bu seçiciliyin var olmamalı olduğunu göstərən kifayət qədər səbəb olardı. Təbiətdə hər iki növ amin turşusu bərabər miqdarda olur və hər iki qrupdan amin turşuları bir başqası ilə mükəmməl şəkildə birləşir. Elə isə bütün canlı orqanizmlərdəki zülalların yalnız levo amin turşularından, DNT və RNT-nin elementlərinin isə yalnız sağ əlli amin turşularından əmələ gəlməsi necə açıqlana bilər?
Məhz bu da Allah`ın bənzərsiz və sonsuz gücünə bir başqa nümunədir.