Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Diqqətlə qorunan qala: İnsan bədəni

31 Mart 2014 01:22

Nə qədər təmiz mühitdə olsaq da, yaşadığımız yerdə bir çox mikroorqanizmlər var. İndi oturduğunuz otağı bir mikroskopla tədqiq etmək imkanınız olsaydı, birlikdə yaşadığınız milyonlarla canlını rahatlıqla görə bilərdiniz.

Belə vəziyyətdə insan "əhatə edilmiş qala" kimidir. Şübhəsiz ki, ətrafı saysız düşmənlə əhatə olunmuş qalanın qorunması da planlı şəkildə olmalıdır. İnsan ehtiyacı olan bu mükəmməl müdafiə ilə birlikdə yaradılmışdır, yəni düşmənlərə qarşı müdafiəsiz deyil. Uca Rəbbimizin bədənimizdə yaratdığı "mikro" mühafizə sistemləri bizi hər cür zərərli orqanizmlərdən qoruyur.

Bədəni işğal etmək istəyən düşmən hüceyrələr əvvəlcə onların qarşısını alan ön cəbhələri keçmək məcburiyyətindədirlər. Bu cəbhələrdə bəzən çətin vəziyyətlər yaransa da, düşmənə rahat keçməyə imkan verilməz.

Mikro düşmənləri gözləyən maneələr

"¢ Düşmənin keçməli olduğu ilk cəbhə dərimizdir. Bir örtük şəklində bütün bədəni örtən dəri bir çox xüsusiyyətə malikdir. Bu möcüzəvi örtüyün ən zəruri xüsusiyyətlərindən biri də bədəni xəstə edən mikro düşmənlərdən qorumasıdır. Əgər bədən düşmənlərlə əhatə edilmiş qala kimi təsəvvür edilsə, dərini də bu qalanın möhkəm divarları kimi qiymətləndirmək olar.

"¢ Mikroorqanizmlərin bizə çatmaq üçün istifadə etdikləri yollardan biri də tənəffüs yollarıdır. Hər an nəfəs aldığımız havada yüzlərlə növ və xüsusiyyətə sahib olan mikroblar bu yolla bədənimizə girməyə çalışırlar. Ancaq burunun içində onları bir gözətçi kimi gözləyən maneədən xəbərsizdirlər. Burunun selikli qişasındakı xüsusi ifrazat birbaşa və ya tozlar, damcılar və digər maddələrlə birlikdə tənəffüs sisteminə girən mikroorqanizmlərin təxminən 80-90 faizini tutaraq çölə atır.

"¢ Mikrobların bədənə başqa giriş yolları da yeməklərimizdir. Ancaq onların istifadə etdiyi bu yoldan da xəbərdar olan bədənimizin müdafiə sistemləri yeməklərin çatdığı bölgədə, yəni mədədə onları gözləyir. Mədə turşusu sayəsində bütün maneələri keçərək mədəyə girən mikrobların böyük hissəsi yox olur. Qalan mikroblar isə nazik bağırsaqdakı həzm fermentləri tərəfindən yox edilir.

Müdafiə sisteminin göstərdiyi həqiqət

Bütün bu həqiqətlər qarşısında bəzi suallar yaranır.

Xaricdəki mikrobların qida yolu ilə bədənimizə girmək istəyəcəklərini, yeməklərin yolunu, mikrobların hansı sistemlə yox ola biləcəyini, bu maneədən xilas olduqları təqdirdə hara gedəcəklərini, hansı maddə ilə daha güclü şəkildə qarşılarına çıxılacağını kim təyin etmişdir? Ya da əvvəllər heç vaxt bədəndən xaricə çıxmayan, buna görə də mikrobların heç birinin kimyəvi quruluşunu araşdırmaq imkanı olmayan, eyni zamanda, kimya təhsili olmayan bədən hüceyrələri mikrobları yox edəcək maddələri haradan bilirlər? Şübhəsiz ki, fasiləsiz işləyən və mühasirə olunmuş qala kimi mikroblarla mühasirə edilmiş insan bədənini qoruyan belə bir müdafiə sistemini aləmlərin Rəbbi olan Uca Allah var etmişdir.

Unudulmamalıdır ki, insanın 24 saat ərzində mikroblara hədəf olması həqiqətən böyük acizlikdir. Hal-hazırda ətrafınızdakı mikroblardan təsirlənmədən bu yazını rahat oxuya bilmənizi Uca Rəbbimizin ilhamı ilə hərəkət edən müdafiə sisteminizə borclusunuz. Buna görə də kiçik quruluşları ilə özlərindən qat-qat böyük olan insan bədənini xəstəliyə, bəzən də ölümə gətirib çıxaran virusların, mikrobların insanlara acizliklərini xatırlatmaq üçün Allah`ın yaratdığı xüsusi varlıqlar olduğunu unutmamaq lazımdır.