Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Mükəmməl nəqliyyat sistemi

31 Mart 2014 01:22

Qandakı hüceyrələrdən əlavə, bədənə girən bir çox maddə də qanın plazma deyilən hissəsində daşınır. Bu maye, tərkibində qan hüceyrələri olmadığı üçün sarı rəngdədir. Plazma, bədən ağırlığının 5%- ni meydana gətirir və bunun da 90% - dən çoxu sudur. İçində duzlar, minerallar, karbohidratlar, yağlar və yüzlərlə müxtəlif zülal var. Qandakı zülalların bəziləri daşıyıcı zülallardır. Bunlar yağları lazım olan toxumalara çatdırır. Əgər yağlar zülallar tərəfindən bu şəkildə daşınmasaydı, bir-birləriylə birləşər və qanda, şorbadakı yağ kimi, nəzarətsiz şəkildə üzərdilər. Bu vəziyyət isə ölümcül problemləri meydana gətirərdi.

Bədəndəki xüsusi informasiya funksiyasını isə plazmada gəzən hormonlar həyata keçirir. Hormonlar,orqanlar və hüceyrələr arasında kimyəvi mesajlar daşıyaraq informasiyanı təmin edir.

Albumin sayca ən çox olan plazma zülalıdır və bədəndə bir mənada daşıyıcılıq funksiyasını icra edir. Xolesterol kimi yağları, hormonları, zəhərli öd kisəsi maddəsi olan sarı bilirubini və pensilin kimi dərmanları özünə çəkir. Zəhərləri qaraciyərə, qida maddələrini və hormonları isə lazım olduqları yerlərə aparır.