Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Kod adı: Şifrə açan

31 Mart 2014 01:22

Bədənimizdəki həzm prosesinin başladığını anlayan mədəaltı vəzi eyni zamanda yediyimiz yeməklərin növlərini də ayırd edə bilir. Həzm prosesi başladığı anda isə yediyiniz fərqli yeməklərə görə fərqli həzm fermentləri istehsal edə bilir. Məsələn, makaron, çörək kimi karbohidratlı qidalar yediyiniz zaman mədəaltı vəzin ifraz etdiyi ferment karbohidrat parçalayıcı xüsusiyyətə malikdir. Bu qidalar on iki barmaq bağırsağına çatdıqda, mədəaltı vəzi karbohidrat parçalayıcı sayılan "amilaz" adlı fermenti istehsal edir. Əgər qırmızı ət, balıq və toyuq kimi qidalar yeyirsinizsə, mədəaltı vəzi zülallı yemək yediyinizi dərhal anlayır. Yenə bu qidalar on iki barmaq bağırsağına çatdıqda bu dəfə zülalları parçalayacaq fərqli fermentlər olaraq "tripsin, kimotripsin, karboksipeptidaz, ribonükleaz və deoksiribonükleaz" istehsal edir və bu fermentlər zülal molekullarına hücum edir. Əgər yeməyinizin yağ nisbəti çoxdursa, bu fermentlərlə birlikdə "lipaz" adlı yağları həzm edən bir ferment də fəaliyyətə başlayır.

Göründüyü kimi, bir orqan yediyiniz yeməyin nələrdən meydana gəldiyini anlayıb, daha sonra bu qidaların həzm edilməsi üçün lazım olan kimyəvi mayeləri ayrı-ayrı yaradır və bunları yalnız lazım olduğu anlarda ifraz edir. Mədəaltı vəzi karbohidrat molekulu üçün zülal parçalayıcı və ya yağ molekulu üçün karbohidrat parçalayıcı maye ifraz etmir. Öz istehsal etdiyi kompleks mayelərin kimyəvi düsturlarını unutmur. Qarışığı meydana gətirən hər hansı bir maddəni əskik tutmur. Sağlam insanlarda mədəaltı vəzi hər zaman düzgün şəkildə fəaliyyət göstərir.