Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Ən böyük möcüzələrdən biri

31 Mart 2014 01:22

Ana və atadan gələn xromosomlar ana bətnində yeni mayalanmış yumurta hüceyrə formasındadır. Bu hüceyrə sürətlə bölünməyə başlayır və hüceyrələr bölündükcə müxtəlifləşir, yəni müxtəlif funksiyalar qazanır və orqanizmin hansı hissəsində olmalıdırlarsa, o hissəyə gedirlər. Bir-birinin eyni olan hüceyrələrdən ibarət ət yığını olmaq əvəzinə bir qismi, məsələn, göz hüceyrəsi məhz lazımi yerə, bir qismi isə ürəyi təşkil edərək döş qəfəsindəki yerinə gedir və ya dəri hüceyrəsi olub bütün bədəni örtür. Hüceyrələrin proqramlanmış şəkildə müxtəlif zülallar hasil edib fərqli orqanlara çevrilməsinə tibbi dildə "müxtəlifləşmə" və ya "morfogenez" deyilir. Hüceyrələr bu bölünmə mərhələsində çox dəqiqliklə və müştərək işləyirlər. Bəs bu qədər mükəmməl nizam və mütəşəkkillik necə baş verir? İsrailli biofizik dr. Li Spetner də buradakı möcüzəvi yaradılışa belə diqqət çəkir: "İnkişaf proqramı necə işləyir? Necə olur ki, bu qədər mükəmməldir? Gördüyümüz kimi, inkişaf iki yerə bölünən bircə hüceyrədən başlayır. İkisi daha sonra dörd yerə bölünür və beləcə davam edir. Bir mərhələdən sonra hüceyrələr müxtəlifləşir, daha doğrusu, xassələrini dəyişdirirlər. Nəticədə, hüceyrələrin bir qismi bir toxuma və ya orqana, digər hüceyrələr isə başqa orqanlara çevrilir. Bu hər dəfə, demək olar ki, eyni qüsursuzluqla baş verir. Bu, necə olur?" (Lee M. Spetner, Not By Chance, Shattering The Modern Theory of Evolution, The Judaica Press İnc., 1997, səh. 234).

Bu sualların cavabı çox açıqdır: canlılar qüsursuz şəkildə yaradılıblar və yaradılışlarındakı sənət və elm hər şeyin Rəbbi olan uca Allah'a aiddir. Bir ayədə belə xəbər verilir:

O, göyləri və yeri haqq-ədalətlə xəlq etdi, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı. Axır dönüş də Onun hüzurunadır! (Təğabun surəsi, 3)

İnsan orqanizmindəki trilyonlarla hüceyrə bölünərək bir-birindən çoxalır. Ancaq hər hüceyrədəki fərqli gen müxtəlif vaxtlarda hərəkət keçir və bu şəkildə hüceyrələrdə müxtəlifləşmə baş verir. Başqa sözlə, ilk hüceyrədən sonra bölünərək çoxalan hər hüceyrədə bütün genetik məlumatlar var, yəni hər hüceyrə, əslində, ürək əzələsi, dəri, eritrosit və ya orqanizmin başqa toxumasını meydana gətirmə qabiliyyətinə malikdir. Hər hüceyrədə həmin orqanizmə aid DNT olsa da, inkişafın fərqli mərhələlərində və müxtəlif orqanlarda ancaq bəzi genlər aktivdir. Məsələn, böyrəyin əmələgəlmə və funksiya şifrləri hər hüceyrədə var, ancaq sadəcə əlaqədar genlər inkişaf zamanı müəyyən vaxtlarda bu orqanda aktiv olur. Bənzər şəkildə müəyyən fermentlər - məsələn, qlükoza 6 fosfat - əsasən, qaraciyərdə olur, lakin digər orqanların hər hüceyrəsində bu zülalın şifri var, ancaq bu zülal həmin orqanlarda əsla hasil edilmir. Göz hüceyrəsi bu fermenti hasil etmir, ancaq göz üçün lazım olanları hazırlayır. Sinir hüceyrələri beyin və orqanlar arasında gedib-gələn impuls və əmrləri daşımaq, qaraciyər hüceyrələri toksinləri zərərsizləşdirmək, yağ hüceyrələri arıqlıq dövründə bədəni qida ilə təmin etmək üçün ixtisaslaşırlar. Bunların heç biri səhvən mədəyə aid fermentləri hasil etməz. Bəs bu qüsursuz iş bölgüsünü kim edir?

Hüceyrələrə bölünmə və bölündükdən sonra müxtəlif sahələrdə ixtisaslaşma əmrini kim verir? Habelə, bütün hüceyrələr itaətkardırlar və necə olur ki, bu cür qüsursuz intizamla və mütəşəkkil işləyirlər? Bunların təsadüfən baş verən hadisələr nəticəsində meydana gəlmiş kortəbii sistemlər olmadığı açıq-aşkardır.

Bütün bunlar göydən yerə qədər bütün işləri idarə edib yoluna qoyan uca Rəbbimizin izni ilə baş verir (Səcdə surəsi, 5).