Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Yarpaqlar da təkamül keçirməyib

31 Mart 2014 01:22

YARPAQLARIN TƏKAMÜL SSENARİSİ

Kiçik yaşıl bir cismə son dərəcə qüsursuz şəkildə yerləşdirilmiş kompleks strukturlar vardır. Yarpaqlardakı bu kompleks sistem milyonlarla ildir ki, qüsursuz şəkildə işləyir. Yaxşı, bu sistemlər bu qədər kiçik bir sahəyə necə yerləşmişlər? Yarpaqlardakı kompleks dizayn necə meydana gəlmişdir? Bu qədər mükəmməl və qüsursuz bir dizaynın öz-özünə meydana gəlməsi mümkündürmü?


Bu suallar təkamül nəzəriyyəsini müdafiə edənlərə verilsə, cavab hər zamankı kimi olacaq. Heç bir məntiqi olmayan, daim ziddiyyət təşkil edən şərhlərlə müxtəlif fərziyyələr ortaya atılacaq.Qurduqları xəyali təkamül ssenariləri ilə saysız-hesabsız ağacların, çiçəklərin, dəniz bitkilərinin, otların, göbələklərin "necə meydana gəldikləri" sualına cavab verməyə çalışacaqlar, lakin bacara bilməyəcəklər.

Təkamülçülərin yarpaqların meydana gəlməsi ilə əlaqədar ortaya atdıqları nəzəriyyələr araşdırıldıqda bunların son dərəcə mənasız, hətta gülünc iddialarla dolu olduqlarını görünər. Bunlardan birinə (Telome nəzəriyyəsinə) görə yarpaqlar primitiv damarlı bitkilərin ayrılmış budaqlarının birləşməsi və yastılaşması ilə inkişaf etmişdir. Suallar verərək bu əsassız iddianı araşdıraq:

- Bu budaqlar nə üçün birləşməyə və yastılaşmağa başlamışlar?
- Bu birləşmə və yastılaşma neçə müddət ərzində reallaşmışdır?
- Budaqlar hansı quruluş və dizaynda idilər və hansı quruluşdakı yarpaqlara çevrilmişlər?
- Primitiv damarlı bitkilərdən necə minlərlə, milyonlarla növ bitkilər, ağaclar, çiçəklər, otlar ortaya çıxmışdır?
Təkamülçülər bu sualların heç birinə məntiqli və elmi cavab verə bilmirlər. Hər mövzuda olduğu kimi, təkamülçülər bitkilərin yaranması mövzusunda da tamamilə təxəyyüllə əsaslanan ssenarilərdən başqa bir şərh edə bilməzlər. Bu mövzudakı başqa bir nəzəriyyə olan "Enation Nəzəriyyəsi"nə görə yarpaqlar bitki budaqlarının tumurcuqları ilə meydana gəlmişlər. Bu iddialarını da yenə suallar verərək araşdıraq:

Necə olub ki, gövdənin müəyyən yerlərində bir yarpaq meydana gətirmək üçün tumurcuq kimi bir quruluş meydana gəlmişdir? Tumurcuqlar sonradan yarpaqlara necə çevrilmişlər? Üstəlik saysız növə sahib qüsursuz bir quruluşda olan yarpaqlara… Bir az əvvələ gedək. Tumurcuqların çıxdığı budaqlar necə meydana gəlmişdir? Tumurcuqların bəzi cinslərdə yarpaqlara, bəzilərindəsə çiçəyə və zaman ərzində meyvəyə çevrilməsini təmin edən kompleks mexanizmlər təsadüflərlə necə meydana gəlmişdir? Bunlara bənzər sualların da təkamülçülər tərəfindən verilmiş heç bir elmi cavabları yoxdur. Əslində hər iki nəzəriyyənin də xülasə ilə izah etmək istədiyi budur:

Təkamülçülərə görə, bitkilər təsadüfən baş verən hadisələr nəticəsində ortaya çıxmışlar. Təsadüfən tumurcuqlar, budaqlar meydana gəlmiş, bir başqa təsadüf olmuş xlorofil xloroplastın içində var olmuş, başqa təsadüflərlə yarpaqdakı təbəqələr meydana gəlmiş, təsadüflər təsadüfləri izləmiş və nəticədə qüsursuz və son dərəcə xüsusi quruluşlu yarpaqlar ortaya çıxmışdır. Bu vaxt yarpaqda təsadüfən meydana gələn bu strukturların hamısının eyni anda ortaya çıxmalı olduğunun da gözardı edilməməsi vacibdir.

Təkamülçülərə görə yarpaqdakı mexanizmlərin hamısı öz-özünə baş verən təsadüflərlə, amma eyni anda ortaya çıxmışlar. Təkamülçü məntiqinin davamı istifadə edilməyən orqanların, ya da sistemlərin itməsini nəzərdə tutur. Yarpaqdakı detalların hamısı bir-birinə bağlı olduğundan, birinin təsadüfən ortaya çıxması bir məna ifadə etməyəcək. Çünki təkamülçü məntiqin ikinci mərhələsinə görə bu detal işə yaramadığı üçün ortadan qalxacaq. Buna görə bitkinin həyatını davam etdirə bilməsi üçün kökündəki, budaqlarındakı və yarpaqlarındakı kompleks sistemlərin hamısının eyni anda mövcud olmalıdır.

Yer üzündəki hər canlıda olduğu kimi, bitkilərdə də qüsursuz sistemlər qurulmuşdur və ilk yaradıldıqları andan etibarən xüsusiyyətlərində heç bir dəyişiklik olmadan günümüzə qədər gəlmişlər. Yarpaqların saralıb tökülməsindən, özlərini günəşə tərəf çevirmələrinə, yaşıl rənglərindən, gövdələrindəki odun formalı quruluşa, köklərinin varlığından meyvələrinin meydana gəlməsinə qədər olan bütün strukturları qüsursuzdur.

Daha yaxşı sistemlərin yaradılması, hətta bənzərlərinin yaradılması (məsələn, fotosintez prosesi) dövrümüzün texnologiyası ilə belə mümkün deyil. Bu kompleks şəkildə yaradılış yarpaqların təsadüfən meydana gələ bilməyəcəyinin dəlillərindən biridir. Yarpaqlar xüsusi olaraq bitkilərin qida hazırlaması, tənəffüs etmələri kimi ehtiyaclar üçün hazırlanmış strukturlara sahibdirlər. Xüsusi bir dizaynın varlığı bir yaradıcının varlığını sübut edir. Dizayndakı detallar və qüsursuzluq da dizaynçının ağılını, məlumatını və sənətinin gücünü bizə göstərir.