Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Sualtı Bitkilərdə Tozlanma

1 Aprel 2014 01:22

Suyun altında yaşayan bitkilərin tozlanma yolu ilə çoxalması

Tozcuqlarla çoxalmaq yalnız quru bitkilərinə xas xüsusiyyət deyil. Dəniz bitkiləri içərisində də bu üsulla çoxalan növlər var. İlk dəfə 1787ci ildə İtalyan botaniki Filippo Cavollini dənizdə yaşayan və tozlana bilən “Zostera” adlı bitkini kəşf etmişdir. Bu vaxta qədər yalnız quruda yaşayan bitkilərin tozlanma yolu ilə çoxaldığını zənn edirdilər. Səbəbi bu idi ki, suda yaşayan bitkilər tozcuqlarını suya buraxsalar, su ilə təmasda olan tozcuqlar yarılaraq faydasız hala düşərdi. Suda tozlanma üsulu ilə çoxalan bitkilər üzərində aparılan tədqiqatlar, bu mövzunun təkamül nəzəriyyəsinin problemlərindən biri olduğunu göstərir.

Tozcuqları su ilə daşınan bitkilərə 11 fərqli fəsilədə 31 cins olaraq Şimal İsveçdən Cənub Argentinaya, dəniz səviyyəsinin 40 m dərinliyindən 4800 m yüksəkdə And Dağlarındakı Titikaka Gölünə qədər bir çox fərqli yerdə rast gəlinir. Ekoloji cəhətdən baxsaq, tropik yağış meşələrindən çöllərdəki mövsümlük göllərə qədər çox fərqli şəraitlərdə yaşayanları var.

Təkamülçülərin problemləri Təkamül Nəzəriyyəsinin tezislərindən qaynaqlanır. Çünki nəzəriyyəyə görə tozlanma hadisəsi, bitkilərin quruda yaşamağa başlamasından sonra istifadə etdikləri “inkişaf etmiş” çoxalma formasıdır. Halbuki, bu üsulu istifadə edən su bitkilərinin varlığı ortadadır. Buna görə təkamülçülər bu bitkiləri, “yenidən suya qayıdan çiçəkli bitkilər” olaraq adlandırıblar. Halbuki, təkamülçülər bu bitkilərin nə suya dönüş vaxtlarını, nə suya dönüşlərini tələb edən səbəbləri, nə də suya dönüşlərinin şəkli və aralıq formaları haqqında məntiqli və elmi bir şərh verə bilməyiblər. Təkamülçülərin digər bir problemi isə suyun bəzi xüsusiyyətlərindən qaynaqlanır. Qeyd etdiyimiz kimi, su tozcuğun yayılması üçün təsirli mühit deyil və ümumiyyətlə tozcuq dənələrinin yarılmasına gətirib çıxarır. Bundan əlavə suyun hərəkətini təxmin etmək də çətindir. Suda nizamsız axıntılar ola bilir, qabarmaçəkilmə olması bitkiləri birdən batıra bilir, ya da suyun üstündə çox uzaqlara apara bilir. Bütün bunlara qarşı suda yetişən bitkilər, tozlanma daşıyıcısı olaraq sudan istifadə edirlər. Çünki bu bitkilər suda bu prosesləri rahatlıqla yerinə yetirə biləcəkləri şəkildə yaradılıblar. Beləliklə, bu bitkilərdən bir neçə nümunə:

Vallisneria
valis

Erkək Vallisnerianın çiçəkləri bitkinin suda qalan hissəsində meydana gəlir. Bunlar daha sonra dişi bitkinin çiçəklərinə çata bilmək üçün gövdədən ayrılaraq sərbəst üzürlər. Çiçək sərbəst qaldığı halda asanlıqla su səthinə çıxa biləcək şəkildə yaradılmışdır. Bu əsnada çiçək kürə formasında tumurcuğa oxşayır. Tac yarpaqları birbirlərinin üzərinə bağlanmışdır və portağal qabığı kimi çiçəyin ətrafını əhatə etmişdir. Bu xüsusi quruluşlu forma tozcuqların daşındığı hissənin, suyun mənfi təsirindən qorunmasını təmin edir. Çiçəklər səthə çıxdığı zaman daha əvvəl bağlı olan tac yarpaqlar birbirlərindən ayrılır və geriyə doğru qıvrılaraq su üzərinə yayılırlar. Tozcuqları daşıyan orqanlar, tac yarpaqların üzərində yüksəlmiş şəkildə ortaya çıxırlar. Bunlar ən yüngül titrəmə ilə belə hərəkət edə biləcək yelkən vəzifəsini öz üzərlərinə götürürlər. Bu orqanlar bir tərəfdən yelkən kimi iş görərkən, digər tərəfdən Vallisnerianın tozcuqlarını su səthindən yuxarıda tuturlar.

«Vallisneria bitkisi tozcuqlarını daşımaq üçün sudan istifadə edir. Bitkinin çiçəklərinin, açacaqları zamanı və yeri bilmələri və tozcuqların suya dayanıqlı xüsusi strukturları kimi detallar bitkinin bu əməliyyatlar üçün xüsusi olaraq yaradıldığını bizə göstərir.»

Dişi bitkinin çiçəkləri isə suyun dibindən gələn uzun bir sapın ucunda və su səthində yerləşirlər. Dişi çiçəyin yarpaqları da su səthində yüngül bir çöküntü meydana gətirəcək şəkildə açılırlar. Beləlikə tozcuqlar dişi çiçəyin çoxalma orqanına çatır və tozlanma reallaşdırılır. Erkək çiçəyin suda bağlı olub tozcuqları qoruması, yuxarı qalxaraq su üzərində açması və suda rahatlıqla irəliləyə biləcək bir forma meydana gətirməsi üzərində xüsusi olaraq düşünmək lazımdır.

Çiçəyin bu xüsusiyyəti, dəniz nəqliyyat vasitələrində istifadə edilən və dənizə atıldığında avtomatik olaraq açılan xilasetmə yastıqlarına bənzəyir. Bu yastıqları sənaye məhsulları təsisçilərinin uzun müddət apardıqları tədqiqtlar nəticəsində ortaya çıxmışdır. Yastığın ilk istehsalında qarşıya çıxan planlaşdırma səhvləri və yastığın işləməsi əsnasında ortaya çıxan nüanslar təkrar olaraq yoxlanılmış, səhvlər düzəldilmiş və təkrar yoxlamalar nəticəsində işləyən doğru sistemə nail olunmuşdur.

Bütün bunları Vallisnerianın vəziyyətini düşünərək nəzərdən keçirək: Vallisnerianın, xilasetmə yastıqlarını hazırlayanlar kimi birdən çox imkanı yoxdur. Yer üzündəki ilk Vallisnerianın bir imkanı var. Ancaq ilk sınaqda tam müvəffəqiyyətli olan bir sistemin istifadə edilməsi sonrakı nəsillərə həyat imkanı yaradacaq. Çatışmamazlıqları olan sistem isə dişi çiçəyi tozlaya bilməyəcək və bu bitki heç bir zaman çoxala bilməyəcəyi üçün yer üzündən yox olub gedəcəkdi. Göründüyü kimi Vallisnerianın tozlanma strategiyasının mərhələli olaraq ortaya çıxması qeyrimümkündür. Bu bitki suda tozcuqlarını göndərə bilən quruluşu ilə birlikdə yaradılmışdır.

SU ALTINADA YAŞAYAN BİTKİLƏRDƏ TOZLANMA

Halodule halodule

Möhtəşəm tozlanma strategiyasına sahib olan bir başqa su bitkisi Fiji Adalarının qumlu sahillərində yetişən Haloduledir. Bu bitkinin tozcuq daşıyıcıları üzə bilən iplər formasındadır və suyun içindən suyun səthinə doğru irəlləyirlər. Halodulenin bu dizaynı valisneriadan belə daha dəqiq olmağa imkan verir. Bundan başqa bu iplər karbohidrat və zülaldan təşkil olunmuşdur. Bu struktur Halodulelərin yapışqanlıq xüsusiyyəti daşımalarını təmin edir. İplər su səthində birbirinə yapışaraq uzun asılqanlar meydana gətirirlər. Bitki dənizdə olan qabarma və çəkilmələrdən istifadə edərək dişi bitkilərin olduğu dayaz sulara doğru gedirlər. Bu yolla çarpaz tozlanma asanlıqla həyata keçirilir.

«Halodule bitkisi dənizlərdə qabarma və çəkilmələrdən istifadə edərək, uzun və yapışqan üzə bilən ipləri vasitəsilə tozcuqlarını dişi bitkilərə göndərə bilir.»

Thalassia talasia

Tozcuqları su səthində daşınan bitkilərdən bəhs etdik. Bu vəziyyətdə tozcuqların hərəkəti iki ölçülüdür. Bəzi bitkilərdə isə çoxalma sistemi üç ölçülü olur. Üçüncü ölçü su səthinin altıdır. Su altındakı tozlanma strategiyaları su səthində reallaşdırılanlardan daha çətindir. Çünki üç ölçülü tozlanmada tozcuqların hərəkətlərindəki kiçik dəyişiklik nəticəyə daha çox təsir edir. Buna görə də tozcuğun suyun içində dişi orqanı tapması, suyun səthində tapmasından daha çətindir. Karib Adalarından St. Croixdə yetişən “Thalassia” bitkisi həyatını sualtında davam etdirir. Çünki Thalassia çətin kimi görsənən mayallanma şərtlərini asanlaşdıran tozlanma strategiyasına sahib olaraq yaradılmışdır. Thalassia yumru tozcuqlarını uzun yapışqanlı iplərin ortasında suda uzdürür. Su altında üzən və dalğalar tərəfindən istiqamətləndirilən bu iplər dişi çiçəklərin çoxalma orqanlarına ilişərək çoxalmanı təmin edir.

«Thalassia bitkisi digər su bitkilərindən fərqli olaraq bütün həyatını suyun altında keçirir. Buna baxmayaraq o da tozcuqlarını su vasitəsilə dişi bitkiyə çatdırır. Thalassia, şəkildən də görsəndiyi kimi yapışqanlı ipləri var. Thalassianın xüsusi quruluşu sualtında yaşaması üçün yaradılmışdır.»

Thalassia və Halodulenin tozcuqlarını iplik paketləri şəklində yollamaları ilə axtarış vasitələrinin yolu daha da böyüyür.