Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Canlılardakı qüsursuz simmetriya

9 May 2014 01:22

Simmetriya kainatdakı harmoniyanı təmin edən mövzulardan biridir. Bütün canlılar simmetrik quruluşa sahibdirlər. Kainatdakı hər şeyin öz-özünə və təsadüfən ortaya çıxdığını iddia edən təkamül nəzəriyyəsinin müdafiəçiləri təbiətdəki rəng müxtəlifliyi, nizam və simmetriya qarşısında heç nə deyə bilmirlər. Bu cür qüsursuz nizamın özbaşına və təsadüfən ortaya çıxmayacağı aydındır. Təkamülçülərin qarşıya qoyduqları iddialarla təbiətdəki canlıların rənglərinin, naxışlarının, simmetriyanın meydana gəlməsini izah etmək mümkün deyil. Bu, hər bir ağıllı insanın dərhal görəcəyi qədər aydındır. Belə ki, təkamül nəzəriyyəsinin banisi olmasına baxmayaraq, Çarlz Darvin də bu həqiqəti etiraf etmək məcburiyyətində qalmışdır:

"Parlaq rənglilik, erkək balıqların kürt yatması, parlaq dişi kəpənəklər - bu gözəlliyin təbii seçmə ilə reallaşdığını düşünə bilmirəm".

Əlbəttə ki, ətrafımızda gördüyümüz saysız-hesabsız gözəlliyin, əlvan kəpənəklərin, güllərin, bənövşələrin, çiyələklərin, albalıların, göz oxşayan rəngləri ilə tutuquşuların, tovuzquşlarının, leopardların, qısaca desək bütün ehtişamı ilə yer üzünün təsadüfən meydana gəldiyini heç bir ağıllı və məntiqli insan iddia edə bilməz.

Canlılar bu xüsusiyyətlərə sahib olaraq Allah tərəfindən yaradılmışlar. Allah'ın elmi hər yeri əhatə etmişdir. Ondan başqa ilah yoxdur.

Kəpənəklərdəki simmetriya

Şəkildəki kəpənəklərin qanadlarını araşdırın. Qüsursuz estetika və simmetriya, göz oxşayan rənglər və naxışlar qarşısında şübhəsiz ki, heyran olacaqsınız.

İndi hər hansı bir parçanı düşünün. Bu, kəpənək naxışlarından ilhamlanıb toxunmuş, çox estetik və keyfiyyətli parçadır. Belə bir parçanı mağaza vitrinlərində gördüyünüz zaman nə düşünürsünüz? Çox güman ki, bu parçanın naxışlarını çəkən, çəkərkən də kəpənək qanadlarındakı naxışları nümunə götürən bir sənətkarın varlığı ağlınıza gəlir və onun sənətini təqdir edirsiniz. Elə isə bu həqiqəti təqdir etməlisiniz: heyranlıq duyduğunuz sənət kəpənəkləri nümunə götürərək parçanı bəzəyənə deyil, kəpənək qanadlarındakı naxışları və rəngləri qüsursuz olaraq yaradan Allah'a aiddir. Kəpənəklərin rəngli və fərqli naxışlara sahib olan qanadları Allah'ın rəng sənətinin ehtişamlı təcəllisindən biridir. Belə ki, bir parça naxışı özbaşına, təsadüfən ortaya çıxmadığı kimi qanadlardakı rəng və naxış simmetriyası da qətiyyən təsadüfən meydana gələ bilməz.

Həm də sağ tərəfdəki şəkildə gördüyünüz kəpənəklərin yeganə heyrətamiz xüsusiyyətləri sahib olduqları möhtəşəm qanadları deyil. Kəpənəklərin bədən dizaynı da qüsursuzdur. Kəpənəklər çiçəklərin nektarı ilə qidalanırlar. Kəpənəklərin bir çoxunda dərində olan nektarı sovurmaq üçün xortumcuq (proboscis) adlandırılan orqan var. Proboscis çiçəklərdəki nektar kimi maye qidaları əmmək ya da su içmək üçün istifadə edilən uzun dildir. Kəpənəklər uzun dillərini istifadə etmədikləri zaman içəriyə doğru sarıyırlar. Bu dil uzanmış halda kəpənəyin boyundan 3 dəfə uzun olur. Kəpənəklərin də digər həşəratlarda olduğu kimi, skeletləri var. Bu xarici skelet yumşaq toxumaya sahib olan sərt təbəqələrdən meydana gəlir və zirehli paltara bənzəyir. Bu təbəqə xitin maddəsindən ibarətdir. Bu təbəqənin əmələ gəlməsi çox maraqlıdır.

Məlumdur ki, kəpənək tırtılları metamorfoz prosesi keçirirlər. Tırtıl əvvəlcə pup olur sonra kəpənəyə çevrilir. Bu dəyişmə ərzində qanadlarda, bığcıqlarda, ayaqlarda və digər orqanlarda kiçik dəyişikliklər meydana gəlir. Uçuş əzələləri qanadlar kimi, fərqli mərkəzlərdəki hüceyrələrdə dəyişikliyin hər mərhələsində özlərini yenidən nizamlayır. Bundan başqa, bədəndəki hər sistem (həzm sistemi, ifrazat sistemi və tənəffüs sistemi) dəyişir.

Kəpənək naxışlarından ilham alınaraq toxunmuş bir parça düşünün. Bu parçanı gördüyünüzdə parçanın naxışlarını çəkən, çəkərkən də kəpənək qanadlarındakı naxışları nümunə götürən bir sənətçinin varlığı ağlınıza gəlir və təqdir edirsiniz.

Heyran olduğunuz bu sənət kəpənəkləri nümunə götürərək parçadakı nümunələri çəkənə deyil, kəpənək qanadlarındakı naxışları və rəngləri qüsursuz olaraq yaradan Allah'a aiddir. Parçanın üzərindəki naxış özbaşına, təsadüfən ortaya çıxmadığı kimi qanadlardakı rəng və naxış simmetriyası da qətiyyən təsadüflərlə meydana gəlmir.