Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Canlı uçan maşın: İYNƏCƏ

9 May 2014 01:22
Quşlar insanların əsrlərdir reallaşdırmaq istədikləri bir işi bacarırlar: Uçmaq...

İnsanlar uçmağın üsullarını tapmaq üçün çox çalışdılar. İlk təyyarənin hazırlanmasından bu günə qədər təxminən bir əsr keçdi. Minlərlə fərqli modeldə təyyarə hazırlandı. On minlərlə elm adamı daha yaxşı uçan maşınlar düzəldə bilmək üçün çalışdı.

Nəticədə ortaya bu gün istifadə edilən mükəmməl uçuş maşınları çıxdı.

Uçmaq böyük güc tələb edir. Ancaq bu güc nə qədər çox idarə edilə bilərsə, o qədər təsirli olur. Lazım olduğunda havada dayanmaq və ya istənilən yerə enə bilmək ən az uça bilmək qədər əhəmiyyətlidir. Məhz buna görə insanlar manevr edə bilən yüksək uçuş maşını hazırladılar; vertolyot...

Vertolyot havada asılı dayana bilir. Dik enə və qalxa bilir.

Xüsusilə də hərbi sahədəki üstünlüyünə görə vertolyot dizaynı üçün aparılan araşdırmalara xeyli vəsait ayrılır. Ancaq son araşdırmalar çox təəccüblü həqiqəti ortaya qoymuşdur. Müasir dövrdəki vertolyotların uçuş texnologiyası çox kiçik və canlı bir "maşının" uçuş texnologiyası ilə müqayisə edildikdə olduqca primitiv qalır. Bu canlı uçuş maşını; iynəcə adlı böcəkdir.

İYNƏCƏNİN MEXANİZMLƏRİ

İynəcələrin uçuş sistemi əsl dizayn möcüzəsidir. İnsanların hazırladıqları heç bir maşın iynəcə qədər yüksək uçuş texnologiyasına sahib deyil.

Buna görə də dünyanın ən yaxşı vertolyotu Skorskinin son modelinin dizaynı iynəcədən nümunə götürülərək hazırlanmışdır.

Bu proyektdə Skorskinın dizaynına kömək edən IBM firması, iynəcənin şəklini bu iş üçün hazırlanan xüsusi kompüterə yükləmişdir.

Sonra iynəcənin havadakı manevrləri də nəzərə alınaraq kompüterdə minlərlə çertyoj hazırlanmışdır. Beləliklə iynəcənin uçuş texnikasından nümunə götürülərək Skorski modeli ortaya çıxarılmışdır.

Kiçik böcəyin bədənində insanların planlaya biləcəyindən daha üstün bir dizayn var. Şübhəsiz ki, bu böcəkdə olan möcüzəvi texnologiya onun yaradılmış olduğunun dəlilidir. İynəcənin uçuş texnikaları və qanadlarındakı dizayn insana açıq-aşkar bir həqiqəti göstərir: Bu kiçik canlı bizə Allah'ın sənətini göstərən yaradılış möcüzəsidir.

İynəcənin gövdəsinin üzərində çarpaz yerləşdirilmiş iki cüt qanad var. Bu quruluş ona çox sürətli manevr etmə qabiliyyəti verir.

İynəcənin sürəti saatda 50 km-ə çata bilir. Olimpiadalarda 100 m qaçan atletlərin sürətləri isə saatda 39 km-dir.

Yaxşı uçmağın başqa bir şərti də yaxşı görməyi bacarmaqdır. Uçma əməliyyatı mükəmməl görmə sistemi ilə dəstəklənməsə, çox təhlükəli olar. Buna görə müasir təyyarə və vertolyotlar uzağı görmə sistemlərinə sahibdirlər.

İynəcə çox yaxşı görmə sistemi ilə təchiz edilmişdir. İynəcə böcəyinin 30.000 dənə mikro gözü var. Hər göz ayrı-ayrı yerləri görür. Bu gözlərdən gələn məlumatlar iynəcənin kompüter kimi əməliyyatları yerinə yetirən beyninə çatdırılır.

Bu sistem sayəsində iynəcə möcüzəvi görmə qabiliyyətinə malikdir.

İYNƏCƏNİN MANEVR ETMƏ QABİLİYYƏTİ

İynəcənin manevr etmə qabiliyyəti ən mükəmməl vertolyotdan da üstündür. Məsələn, tərs istiqamətdə sürətlə gələn yük maşını ilə toqquşmadan son anda etdiyi manevrlə xilas olur. Hətta daha çətin manevrləri də bacara bilir.

Tez-tez manevr etmək məcburiyyətində qalan pilotların qarşılaşdığı çətinliklərdən biri manevr sonrasında təyyarənin yerə görə mövqeyinin təyin olunmasıdır. Əgər pilot manevr sonrasında hansı tərəfin alt, hansı tərəfin üst olduğunu bir anlığa qarışdırsa, təyyarə düşə bilər.

Mühəndislər bu təhlükəyə qarşı xüsusi cihaz düzəldiblər. "Jiroskop" adlanan bu cihaz pilota süni üfüq xətti göstərir. Pilot bu xətlə həqiqi üfüq xəttini müqayisə edir və təyyarənin mövqeyini vaxtında müəyyən edir.

Mühəndislərin düzəltdikləri bu cihazın oxşarını iynəcə milyonlarla ildir istifadə edir. İynəcənin gözlərinin önünə süni üfüq xətti çəkilmişdir. Bədəni hansı bucaq altında uçursa uçsun, bunun sayəsində başını həmişə üfüq xəttinə paralel tutur. İynəcənin bədəni uçuş əsnasında mövqeyini dəyişdirdiyi zaman başı və bədəni arasındakı tüklər xəbərdar edilir. Bu tüklərin köklərində olan sinir hüceyrələri uçuş əzələlərinə iynəcənin havadakı mövqeyi haqqında məlumat göndərir.

Bunun sayəsində uçuş əzələləri də qanad çırpma sürətini və sayını avtomatik olaraq nizamlayır. Beləliklə ən çətin manevrlərdə də iynəcə uçuş istiqamətini və idarəsini heç itirmir. Bu sistem əsl mühəndislik möcüzəsidir.

"¢ Məhz bu yerdə ağıl sahibi olan hər insana düşən vəzifə düşünməkdir. İynəcə sahib olduğu qeyri-adi sistemlərdən xəbəri olmayan böcəkdir. Görəsən bu böcəyin bədəninə ən bacarıqlı mühəndislərin belə nümunə götürdüyü mürəkkəb uçuş sistemlərini kim yerləşdirmişdir?

"¢ Qüsursuz qanadlarını, bu qanadları işlədən mühərrikləri, üstün görmə sistemini iynəcəyə kim vermişdir?

"¢ Bu mükəmməl dizayn kimin əsəridir? Canlı aləmi təsadüflərlə açıqlamağa çalışan Darvinin təkamül nəzəriyyəsi bu suallar qarşısında susqun vəziyyətdədir.

Çünki iynəcənin bədənindəki sistemlərin təkamül yolu ilə, yəni təsadüflərlə və mərhələ-mərhələ ortaya çıxması qeyri-mümkündür.

Bunun səbəbi canlının yaşaması üçün bu sistemlərin hamısının eyni anda və əskiksiz olaraq var olmasıdır. Dünyadakı ilk iynəcə də bu günki mükəmməl mexanizmləri ilə ortaya çıxmışdır. Belə ki, bizlərə təbiətin tarixini öyrədən fosillər də bu həqiqəti təsdiqləyir.

140 MİLYON YAŞI OLAN İYNƏCƏ TƏKAMÜLÜ TƏKZİB EDİR

Fosillər ilk iynəcənin bu günki nümunələrindən fərqlənmədiyini göstərir. 140 milyon il əvvələ aid iynəcə fosili ilə canlısı arasında heç bir fərq yoxdur.

Bu həqiqətlər təkamül nəzəriyyəsinin doğru olmadığını bir daha sübut edir. Hətta iynəcə böcəyinin də, dünyadakı bütün digər canlıların da necə var olduqlarını göstərir. Bütün canlılar aləmlərin Rəbbi olan uca Allah tərəfindən yaradılmışdır və hər canlı Onun varlığının dəlilidir.